“Rəqəmsal etika və sosial media davranışı” mövzusunda maarifləndirici görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşmə komissiyasının təşkilatçılığı, kollecin “Rəqəmsal Bacarıqlar Klubu”nun təşəbbüsü ilə tələbələr üçün “Rəqəmsal etika və sosial media davranışı” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşün məqsədi tələbələrdə rəqəmsal mühitdə etik davranış qaydaları barədə məlumatlılığı artırmaq və sosial mediadan məsuliyyətli istifadə mədəniyyətini formalaşdırmaq olub. Tədbirdə rəqəmsal vətəndaşlıq, onlayn ünsiyyət etikası və informasiya paylaşımında məsuliyyət məsələləri müzakirə olunub.
Müzakirələr zamanı real həyat nümunələri əsasında sosial mediada məlumatın yoxlanılmadan paylaşılmasının yarada biləcəyi risklər və bunun həm fərdlər, həm də cəmiyyət üçün mümkün nəticələri tələbələrin diqqətinə çatdırılıb.
Tədbir iştirakçıların mövzuya böyük maraq göstərməsi və aktiv müzakirələri ilə yadda qalıb. Bu cür görüşlər gənclərin rəqəmsal savadlılığının və məsuliyyətli sosial media davranışının formalaşmasında mühüm rol oynayır.

ADPK müəllimlərinin həmmüəllifi olduğu dərslik qrifə layiq görülüb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə fənn birləşməsinin müəllimləri Emil Ağayev, Aynur Seyfullayeva, Sevinc Babaxanova, Sevil Əliyeva, İlahə Cəfərli və Ülviyyə İmanovanın həmmüəllifi olduğu "Plastik anatomiya" dərsinə layiq görülüb və elm və təhsil nazirinə layiq görülüb.
Dərsliyin redaktoru Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam, dosent Cavid İsmayılov, rektorluq müəllimləri Naxçıvan Dövlət Universitetinin incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Siddiqə Hacıyeva, ADPK-nın rəsmiləşdirmə Mahmudova və Arzu Sədiyevadır.

ADPK-nın Sabunçu korpusunda “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçiriləcək

18 mart 2026-cı il tarixində, saat 10:30-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda "Novruz gəlir, yaz gəlir" adlı tədbir keçiriləcək.

Uşaq hüquqları və erkən nikah mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı, FBK müəllimlərinin moderatorluğu və tələbələrin iştirakı ilə “Qanunvericilik normaları və uşaq hüquqlarının müdafiəsi: təhsil və erkən nikah kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə uşaq hüquqlarının qorunması, təhsilin uşaqların inkişafındakı rolu, erkən nikahın yaratdığı sosial və hüquqi problemlər müzakirə olunub. Tələbələr mövzu ilə bağlı məruzələrlə çıxış edərək erkən nikahın mənfi təsirlərini, uşaqların təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıblar.
Dəyirmi masa gənclərin hüquqi biliklərinin artırılması və uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə baxımından əhəmiyyətli olub.

“Baharın rəngləri – Novruzun nəfəsi” adlı sərgi keçiriləcək

17 mart 2026-cı il tarixində, saat 10:00-dan 15:00-dək ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda "Baharın rəngləri - Novruzun nəfəsi" adlı əsər.