Göyçə aşıq sənəti ənənələri” layihəsi üzrə tədbir keçiriləcək

Göyçə aşıq sənəti ənənələri” layihəsi üzrə tədbir keçiriləcək

21.11.2025-ci il saat 14:30-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda **“Mədəniyyətin və Milli Ənənələrin Təbliği”** ictimai birliyi tərəfindən **“Göyçə aşıq sənəti ənənələri”** adlı layihə çərçivəsində tədbir keçiriləcək.

Rəngkarlıq ixtisasının məzunu Fidan Sadıxova qırmızı diploma layiq görülüb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Rəngkarlıq ixtisasının tələbəsi Fidan Sadıxova kollecı **91.3 ÜOMG balı** ilə başa vuraraq qırmızı diploma layiq görülüb.

Kollecin direktoru Amalya Sezgin diplomu F. Sadıxovaya təqdim edərək onu bu uğur münasibətilə təbrik edib.

Məzunumuzu ürəkdən təbrik edir, qarşıdakı yaradıcılıq yolunda daha böyük nailiyyətlər arzulayırıq.

Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşməsi müəlliminin təşkilatçılığı və Sosial iş ixtisası tələbələrinin iştirakı ilə **17 Noyabr – Milli Dirçəliş Gününə** həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə 17 noyabr 1988-ci ildə başlanan Meydan hərəkatından, xalqımızın milli azadlıq mübarizəsindən və 1991-ci il oktyabrın 18-də Azərbaycanın XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşmasından bəhs edilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

İstehsalat təcrübə və Tədris şöbəsi ilə birgə dəyirmi masa təşkil edilib.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İstehsalat təcrübəsi və Tədris şöbəsi ilə birgə dəyirmi masa təşkil edilib.

Dəyirmi masada FBK sədrləri və metodistlər iştirak ediblər. Məqsəd təcrübənin yeni qaydalara uyğun təşkili, proqramların yenilənməsi və sənədlərin hazırlanmasını təmin etmək olub.

Məktəbəqədər təhsil tələbələrinin uşaq bağçasına səfəri təşkil edilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin rəhbərliyi ilə Məktəbəqədər təhsil ixtisası tələbələrinin uşaq bağçasına səfəri təşkil edilib.

Səfərin məqsədi tələbələrin psixoloji-pedaqoji inkişafını və idrak bacarıqlarını praktik mühitdə dəstəkləmək olub.