“Yaşıl tikinti və yaşıl şəhər nəqliyyatı” mövzusunda interaktiv seminar keçirilib

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təbiəti Sevənlər Klubu tərəfindən “Yaşıl tikinti və yaşıl şəhər nəqliyyatı” mövzusunda interaktiv seminar təşkil olunub.
Seminar zamanı tələbələrə yaşıl tikinti prinsipləri, davamlı şəhər mühiti və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib. Tədbir interaktiv formada keçirilib, tələbələr mövzu üzrə qrup işi yerinə yetiriblər.
Tapşırığa əsasən tələbələr kollecin binasını “yaşıl bina” modeli kimi təsəvvür edərək, akvarel vərəqində ideyalarına uyğun layihələndirməklə yaradıcı yanaşmalarını nümayiş etdiriblər.
Seminarın sonunda bütün komanda üzvlərinə “Yaşıl gələcək” üçün göstərdikləri səylərə görə “Yaşıl Kart” təqdim olunub.

“Sıradan çıxma və rəisə yaxınlaşma” mövzusunda praktiki dərs keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin FTM25/01 qrupunda Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə növbəti praktiki dərs keçirilib.
Mövzu “Sıradan çıxma və rəisə yaxınlaşma” olub.
Dərs zamanı tələbələrə sıradan çıxma, rəisə yaxınlaşma və müraciət etmə, həmçinin əsgəri salamvermə qaydaları ətraflı izah edilib. Təlim prosesində sırada icra edilən elementlər, xəbərdaredici və icraedici komandaların düzgün verilməsi və yerinə yetirilməsi praktiki şəkildə məşq etdirilib.

Tələbələr üçün karyera təlimi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Qələmnaz Quliyeva tərəfindən “İş axtarışı, CV və istək məktubunun hazırlanması” mövzusunda təlim keçirilib.
Təlim Ailə və ev təhsili, Sosial iş, İncəsənət və fiziki tərbiyə şöbələrinin III kurs tələbələri üçün təşkil olunub. Q.Quliyeva tələbələrə iş axtarışı prosesində istifadə olunan müasir üsullar, CV-nin düzgün hazırlanma qaydaları və işə qəbul zamanı mühüm rol oynayan istək məktubunun yazılması ilə bağlı ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb, onlara gələcək karyera planlamasında faydalı ola biləcək tövsiyələr təqdim olunub.

Sevda Axundovanın məqaləsi dərc olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq İli" elan olunub. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial problemləri və problemləri ilə bağlı direktor Sevda Axundovanın bu mövzuya həsr olunmuş "Şəhərsalma və memarlığın tarixi inkişafı, Müasir Azərbaycan" adlı elmi-analitik məqalələr " gundelik.az " saytında dərc olunub.
Yazıda qeyd edilir ki, Azərbaycanda ilk şəhərlər yeni köhnə dövr- eramızdan əvvəl yaranmağa başlayıb. Orta əsrlərdə formalaşan Gəncə, Bakı, Təbriz kimi iri yaşayış məntəqələri həm iqtisadi, həm də siyasi-mədəni mərkəz rolunu oynayıb. 19-20-ci əsrlərdə Azərbaycan torpaqlarında 10-larla yeni şəhər meydana çıxdı. Müstəqilliyin bərpasından asılı olaraq başqa sahiblərə sahib olun, istərsə də şəhərlərimizin memarlıq siması yüksək səviyyədə yeni səviyyəyə qədəm qoyub.

“Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tərəfindən “Tariximizin izi” dərnəyinin fəaliyyəti çərçivəsində “Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilmişdir.
Seminarda Qərbi Azərbaycanın tarixi-coğrafi mövqeyi, burada qədim dövrlərdən etibarən yaşamış Azərbaycan türklərinin maddi və mənəvi irsi, yaşayış məntəqələri, toponimləri və mədəni abidələri haqqında geniş məlumat verilmişdir. Eyni zamanda, bu bölgənin Azərbaycan xalqının etnik-mədəni məkanının ayrılmaz hissəsi olduğu vurğulanmışdır. Tarixi xəritələr və təqdimatlar nümayiş olunmuş, tələbələrin fəal iştirakı təmin edilmiş, suallar cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.
Seminar tarixi biliklərin artırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.