“Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın siyasəti” mövzusunda dəyirmi masa keçirilib

05.03.2026-cı il tarixində 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri, 175 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Qonaqlar öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Giriş sözü ilə çıxış edən Mərkəzin kiçik elmi işçisi Lena Əzizova Azərbaycanda qadın hüquqlarının qorunması və təbliğ olunması barədə danışıb. Natiq dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində qadınların iştirakının artırılmasının Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Sonda “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” adlı film nümayiş etdirilib.

ADPK əməkdaşları 8 Mart münasibətilə Fəxri Fərmanla təltif olunublar

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif edilib.

“Şəhərsalma və Memarlıq İli” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə fənn birləşmə komissiyasında “Şəhərsalma və Memarlıq İli: inkişaf strategiyaları və prioritetlər” mövzusunda dəyirmi masa keçirilib.

Tələbələr üçün şahmat və voleybol məşğələləri təşkil olunur

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə FBK müəllimi Toğrul Quliyev tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlarla kollecin idman zalında şahmat və voleybol məşğələləri keçir.

Məzunumuz Xədicə Məmmədovanın uğur hekayəsi

2016–2020-ci illərdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil almış məzunumuz Xədicə Məmmədova peşəkar fəaliyyəti ilə uğurlu nəticələr əldə edib.
O, bağça müəllimlərinin işə qəbulu üzrə MİQ imtahanında və diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb. Hazırda Tovuz rayonunun Aşağı Quşçu kəndində fəaliyyət göstərən 2 nömrəli körpələr evi–uşaq bağçasında müdir vəzifəsində çalışır, məktəbəqədər təhsilin inkişafına töhfə verir.
Məzunumuzla qürur duyur, gələcək fəaliyyətində ona yeni uğurlar arzulayırıq.