“Xocalı yaşayır” adlı anım tədbiri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı, Sosial iş ixtisası tələbələrinin iştirakı və FBK müəlliminin moderatorluğu ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı yaşayır” adlı tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edilib ki, Xocalı qətliamı iyirminci yüzillikdə tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir. Tələbələrin hazırladıqları çıxışlarda bu kütləvi qırğının səbəb və nəticələri haqqında danışılıb, milli birliyin və tarixi yaddaşın qorunmasının vacibliyi vurğulanıb.

Kollektiv Xocalı faciəsinin 34-cü ildönümündə “Ana fəryadı” abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva, kollecin müəllim və tələbə heyəti “Ana fəryadı” abidəsini ziyarət etmiş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

“Xocalı həqiqətləri və milli yaddaş” mövzusunda dərslər keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK müəllimləri ilə "Qəhrəmanlıq" auditoriyasında “Xocalı həqiqətləri və milli yaddaş” başlığı altında dərslər keçirilib.
Dərslərdə 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində törədilmiş soyqırımının tarixi-siyasi xəstəlikləri, hadisələrin gedişi və nəticələri ilə bağlı ətraflı məlumat verilmişdir. Xocalı soyqırımının Azərbaycan xalqının milli yaddaşında tutduğu yer, tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılmasının təhlükəsi və bu faciənin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.
Tədris prosesi çərçivəsində mövzu ilə bağlı materiallar təqdim edilmiş, birlikdə müzakirələr aparılmış, onların sualları cavablandırılmışdır.
Tələbələr faciəsi ilə bağlı mübahisəni bölüşmüş, milli yaddaşın qorunmasının önəmini qeyd etmişlər.
Keçirilən dərslər gənclərdə vətənpərvərlik ruhunun alınması və Xocalı həqiqətlərinin təbliği diqqətə alındı.

“Xocalı qəhrəmanları” seminarı təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar FBK-nın təşkilatçılığı ilə “Tariximizin izi” dərnəyinin fəaliyyəti çərçivəsində “Xocalı qəhrəmanları” mövzusunda seminar keçirilib.
Seminarda Xocalı soyqırımının səbəbləri, hadisələrin gedişi və xalqımızın yaddaşında buraxdığı izlərdən bəhs olunub, şəhidlərimizin qəhrəmanlığı xüsusi vurğulanıb.
Tələbələrin fəal iştirakı ilə keçən tədbir milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətli olub.

Sabunçu korpusunda “Uğurun sirri” təlimi keçirilib

Fevralın 25-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda biznes-konsultant, biznes-psixoloq, sahibkar Mehman Bayramovun təqdimatında “Uğurun sirri” təlimi keçirilib.
Təlimdə iştirak edən gənclər uğurlu düşüncə tərzi, karyera yüksəlişi, biznesə başlamağın effektiv yolları haqqında lazımi bilik və məlumat əldə etmək.