Sevda Axundova "gundelik.az" saytına müsahibə verib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova "gundelik.az" saytına müsahibə verib.
Müsahibədə S.Axundova kollecdəki tədris və təlim- tərbiyə prosesindən, keçirilən tədbirlər barədə geniş ictimaiyyətin məlumatlandırılması üçün görülən işlərdən, sosial media hesablarının aktiv fəaliyyətindən, tələbə və əməkdaşların problemlərinin həlli yönündə reallaşdırılan layihə və təşəbbüslərdən bəhs edib.

Sevinc Hacıyeva beynəlxalq seminarda spiker kimi çıxış edib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin riyaziyyat müəllimi Sevinc Hacıyeva fevralın 5-də Qazaxıstan Respublikasının Almatı şəhərində “Bobek” Milli Elmi–Praktik Təhsil və Sağlamlıq Mərkəzinin təşkil etdiyi “Tərbiyə. Yaradıcılıq. İnnovasiyalar. Süni intellektin tədris prosesinə inteqrasiyası” adlı beynəlxalq seminarda spiker qismində iştirak edərək, “Azərbaycan təhsilində süni intellektdən istifadə təcrübəsi: imkanlar və problemlər…» mövzusunda öz təcrübəsini bölüşüb.

Kollec rəhbərləri üçün Şəkidə təşkil olunan təlim proqramı yekunlaşıb

Kollec rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində təşkil olunan ikinci təlim proqramı başa çatıb.
Təlimin yekun iclasında çıxış edən Agentliyin direktoru Ülkər Səttarova orta ixtisas təhsilinin inkişafı ilə bağlı strateji məsələlərə toxunaraq təhsil proqramlarının keyfiyyətli icrası, kadr siyasəti, idarəetmənin təkmilləşdirilməsi və digər prioritet istiqamətlər barədə fikirlərini bölüşüb, iştirakçılara müvafiq tapşırıq və tövsiyələrini çatdırıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Beş gün davam edən proqram çərçivəsində orta ixtisas təhsil müəssisələrində təhsilin təşkili və idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, eləcə də SƏTƏM istiqamətləri üzrə sessiyalar keçirilib. Təlimlərdə 10 regionu təmsil edən 16 orta ixtisas təhsili müəssisəsindən 16 rəhbər vəzifəli şəxs iştirak edib.

Səadət Əliyevanın məqaləsi Scopus bazasında indekslənən nüfuzlu beynəlxalq jurnalda dərc olunub ---

Scopus bazasında indekslənən Q-2 kateqoriyalı nüfuzlu beynəlxalq elmi jurnalda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Səadət Əliyevanın “Ali təhsil müəssisələrində dilin, dilçiliyin kompüter (AI) vasitəsilə mənimsənilməsi və onun təsirləri” adlı elmi məqaləsi dərc olunub.
Məqalədə ali təhsil mühitində dil və dilçiliyin süni intellekt texnologiyaları vasitəsilə öyrədilməsi, bu yanaşmanın tədris prosesinə, öyrənmə səmərəliliyinə və akademik nəticələrə təsiri elmi əsaslarla təhlil edilib. Tədqiqat müasir təhsil trendləri baxımından aktual olmaqla yanaşı, beynəlxalq elmi ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıyır.