İnklüziv təhsil ixtisasının tələbələri Milli Azərbaycan Tarixi Muzeyində

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı ilə İnklüziv təhsil ixtisasının xüsusiyyətlərii Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Burada onlar Azərbaycanın ən yeni tarixi, dövlət rəmzləri, Konstitusiyanın qəbulu prosesi və vətəndaş hüquqları ilə bağlı ekspozisiyalarla tanış olub, inklüziv təhsilin konstitusiya əsasları haqqında məlumat əldə ediblər.

Ekskursiyanın sonunda baxılaraq, öz baxışlarını ifadə edərək təəssüratlarını bölüşdürüblər.

“Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur

“Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili ərzində tələbələrin asudə vaxtının səmərəli təşkili və dərnəklərə cəlb olunması məqsədilə “Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur.
Klubun məqsədi təbiətə sevgi aşılamaq, ekoloji bilikləri artırmaq, ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlər keçirmək və gənclərdə ekoloji məsuliyyət hissini gücləndirməkdir.
Klub çərçivəsində təbiət gəzintiləri, ağacəkmə aksiyaları, ekoloji layihələr, seminar və maarifləndirici tədbirlər təşkil ediləcək.
Devizimiz: “Təbiəti qoruyaq, təmiz gələcək üçün birləşək!”
Üzv olmaq istəyənlər Təbiət elmləri FBK- ya müraciət edə bilərlər.

“Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa təşkil olundu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial iş və menecment FBK müəllimlərinin təşkilatçılığı ilə “Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Sosial iş ixtisasının tələbələri fəal iştirak edərək mövzu ətrafında maraqlı müzakirələr aparıblar. Görüş zamanı əlilliyi olan uşaqların təhsil hüquqları, inklüziv təhsil mühitinin yaradılmasının əhəmiyyəti və onların cəmiyyətə inteqrasiyası imkanları barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masa “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunub və uşaqların bərabər təhsil imkanlarına dair ictimai maarifləndirməni artırmaq məqsədi daşıyıb.

Uşaq hüquqları və gender bərabərliyi: ADPK-də dəyirmi masa

"Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının qorunması, onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf imkanlarının genişləndirilməsi kimi məsələləri müzakirə etmək üçün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşməsi müəlliminin təşkilatçılığı, Ailə və ev təhsili şöbəsi tələbələrinin iştirakı ilə “Uşaq hüquqlarının gender bərabərliyi kontekstində müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə tələbələr uşaqlara qarşı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, peşə seçimində gender bərabərliyinin təmin olunması mövzularında maraqlı çıxışlar ediblər.

"Uşaq hüquqlarının qorunması” aylığı çərçivəsində ədəbi dərs-diskussiya təşkil olundu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Azərbaycan dili və ədəbiyyat fənn birləşməsi müəlliminin təşkilatçılığı ilə Məktəbəqədər təhsil ixtisasında “Uşaq hüquqlarının qorunması” aylığı çərçivəsində “Uşaq ədəbiyyatı” fənni üzrə dərs-diskussiya keçirilib.
Məqsəd uşaq hüquqlarının Azərbaycan ədəbiyyatında necə əks olunduğunu araşdırmaq, bu mövzunun gənc nəslin tərbiyəsindəki rolunu müzakirə etmək olub. Tələbələr uşaq obrazlarının təqdimatı və ədəbi nümunələrin tərbiyəvi əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Dərs-diskussiya iştirakçıların fəallığı və maraqlı çıxışları ilə yadda qalıb, uşaq hüquqlarının təbliği baxımından maarifləndirici əhəmiyyət daşıyıb.