“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən imtahan keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Mədəni-kütləvi təşkilatçılar ixtisası üzrə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən imtahan edilib.

“Dekorativ rəngkarlıq” fənnindən vitraj texnikası üzrə imtahan keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin DM25/02 bölmədə “Dekorativ rəngkarlıq” fənnindən semestr imtahanı keçirilmişdir.
İmtahan zamanı gücləndirilmiş vitraj texnikasında rəsmlər çəkmişlər. Onlar müxtəlif geyim eskizlərini xüsusi boyalardan istifadə edərək estetik görünüşlərini təsvir etmişlər.

Rəngkarlıq fənni üzrə dərs vəsaiti müəllifləri təltif olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimləri Arzu Sədiyeva və Rəsmiyyə Mahmudova Rəngkarlıq üzrə fənlər üzrə dərs vəsaitlərinin hazırlanması və çap olunmuş göstəricilərin yüksək səviyyəli və səmərəli fəaliyyətlərinə görə kollecin direktoru Amalya Sezgin tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.
Hazırlanan dərs vəsaiti tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, mühüm bilik və bacarıqların inkişaf etdirilməsi.

İmtahan sessiyası davam edir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahan sessiyası davam edir.
Sessiya müddətində imtahanla bağlı şikayət və təkliflərinizi This email address is being protected from spambots. You need JavaScript enabled to view it. mail ünvanına göndərə və ya (012) 550-81-83 telefon nömrəsinə zəng edərək bildirə bilərsiniz.
Müraciət, şikayət və narazılıqlar qısa zamanda araşdırılacaq və müvafiq cavablar veriləcəkdir. Şikayət və təkliflərinizi yazan zaman ad-soyadınızı, ixtisasınızı, kursunuzu və qrupunuzu qeyd etməyiniz mütləqdir.
İmtahanlarda iştirak edən hər bir tələbəmizə uğurlar arzulayırıq.

20 Yanvar – Şəhidlərimizin xatirəsinə anım yürüşü keçirilib

20 yanvar 2026-cı il tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, tələbə gənclərin üzvləri ilə şəhidlərimizin əziz xatirəsinə anım yürüşü keçirilib. Yürüşə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup tələbəsi də qatılmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!