“Eyni hiss, fərqli insan” adlı inklüziv maarifləndirici tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəllimləri "Bərabər Addım" inklüziv klubunda "Eyni hiss, fəqrli insan" adlı əyləncəli və maarifləndirici tədbir keçiriblər.
Tədbirin məqsədi emosiyaların idarə olunması və rənglərin psixologiyası barədə iştirakçı tələbələri maarifləndirmək, onların öz asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə dəstək göstərmək olub.

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 1 Mart- Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn Əfəndiyev, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Bakı Regional Mərkəzinin idarə rəisinin müavini polkovnik-leytenant Aidə Səfərəliyeva, Yasamal rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi kapitan Sabir Zeynalov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Azərbaycan Milli Elmlər Akademiyasının mülki müdafiə qərargah rəisləri iştirak edirdilər.
Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı kapitan Pənah Əkbərli, 2 nömrəli Baza Tibb Kollecinin müəllimi Nailə Salmanova, Yasamal rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin əməkdaşı Leyla Abbasova, FHN-in Mülki Müdafiə Qoşunlarının bölmə rəisi mayor Ceyhun Cəlilov, Yasamal Rayon Gigiyena və Epidomologiya Mərkəzinin həkimi Əlimurad Qədirov, kollecin təbiət elmləri fənn birləşməsinin müəllimi, biologiya üzrə fəlsəfə dokturu Sevda Vəzirova maraqlı çıxışları ilə tədbir iştirakçılarını məlumatlandırdılar.
Sonda gənclərin cağırışaqədərki hazırlıq müəllimi Akif Əliyevin rəhbərliyi ilə kollecin həyətində MQT 2501 qrupunun tələbələri mülki müdafiə sahəsində öz praktik bacarıqlarını nümayiş etdirdilər.

“Justice for Khojaly” mövzusunda açıq dərs təşkil olunub

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dil fənn birləşmə komissiyasının müəllimi tərəfindən İnklüziv təhsil ixtisası tələbələrinin iştirakı ilə “Justice for Khojaly” ("Xocalıya ədalət") mövzusunda açıq dərs təşkil olunub.

Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı, Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Tədbir boyu səsləndirilən musiqilər, şeirlər, tələbələrin hazırladığı “28 ilin həsrəti” adlı səhnəcik iştirakçılara təsirli anlar yaşadıb.

Əməkdaşlar Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər

Xocalı soyqırımı ilə bağlı ölkə üzrə 1 dəqiqəlik sükut elan olunub.
Bununla əlaqədar, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları kollecin Yasamal və Sabunçu korpuslarında soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.