“Uşaqlarda emosional inkişaf və duyğuların tanınması” mövzusunda interaktiv müzakirə keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika–psixologiya FBK müəlliminin təşkilatçılığı və Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə “Uşaqlarda emosional inkişaf və duyğuların tanınması” mövzusunda interaktiv müzakirə keçirilib.
Tələbələrin fəallığı ilə keçən müzakirələrdə müxtəlif situasiyalar yaradılmış, maraqlı faktlar səsləndirilmiş və tapşırıqlar yerinə yetirilmişdir.
İnteraktiv müzakirənin məqsədi tələbələrə emosional inkişaf haqqında bilik vermək, uşaqların emosiyalarını tanıma bacarığını artırmaq, həmçinin gələcək peşə fəaliyyətlərində empatiya və düzgün pedaqoji yanaşma formalaşdırmaq olub.

“English Skills Development Club” çərçivəsində növbəti görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” “At Home – Ev əşyaları və otaqlar” kolleksiyası, “Describe your room” (Speaking + Vocabulary) adlı rol oyunu ilə yenidən görüşdü.
Görüş vaxtı mövzulara uyğun ehtiyatları doldurmaq, mənimsəməkdə istifadə edilən ifadələri mənimsəyib və interaktiv fəaliyyətlərdə yaxından iştirak etmək. Xüsusilə, “Describe your room” rol oyunu üzrə idarələr danışıq bacarıqlarını inkişaf etdirərək təsvir edib, ingilis dilində praktiki öyrənməblər.
Əlaqələrin dil bilikləri ilə, rabitə vasitələrinin formalaşdırılması və lazımi vasitələri ilə faydalı olub.

“Təhsil psixologiyası və mentorluq proqramı” mövzusunda tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika–psixologiya FBK-nın təşkilatçılığı və “Dəyişən düşüncə” psixologiya klubunun təşəbbüsü ilə “Təhsil psixologiyası və mentorluq proqramı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı tələbələrlə “Mentor kimdir?”, “Mentor hansı xüsusiyyətlərə malik olmalıdır?” kimi suallar ətrafında müzakirələr aparılıb, eyni zamanda mentor və mentee rolları tətbiq olunaraq praktik fəaliyyət həyata keçirilib. Tədbir maraqlı çıxışlar və iştirakçı fəallığı ilə yadda qalıb.

ADPK-nın Sabunçu korpusunda “Novruz gəlir, yaz gəlir” tədbiri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.
Tədbirdə kollecin müəllim heyəti və tələbələri iştirak ediblər. Bayram proqramı çərçivəsində müxtəlif səhnəciklər nümayiş olunub, milli rəqslər və mahnılar təqdim edilib. Tələbələr tərəfindən Novruz adət-ənənələrini əks etdirən maraqlı çıxışlar hazırlanıb.
Daha sonra iştirakçılar kollecin həyətində kəndirbazın oyununu izləyiblər. Quba Mədəniyyət Mərkəzinin kəndirbazlıq üzrə mütəxəssisi, kollecin 2012-ci il məzunu, Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil almış Amil Məmmədhüseynovun çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda iştirakçılar tonqal ətrafında toplaşaraq bayram sevincini birlikdə yaşayıblar. Tədbir musiqi nömrəsi ilə yekunlaşıb.

Tələbələrin iştirakı ilə “Vətən sevgisi” mövzusunda disput keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyət planına uyğun olaraq, Pedaqogika–psixologiya FBK sədrinin təşkilatçılığı və İnklüziv təhsil ixtisası tələbələrinin iştirakı ilə maraqlı disput keçirilib.
Müzakirələrin məqsədi tələbələrdə Vətən sevgisini gücləndirmək, milli dəyərlərə bağlılığı artırmaq, hər bir gəncin öz ölkəsi qarşısındakı məsuliyyətini daha dərindən dərk etməsinə töhfə vermək olub.
Aktiv müzakirələr zamanı vurğulanıb ki, Vətən yalnız torpaq deyil- o, ananın laylasından, doğma dildən, adət-ənənələrdən və xalqımızın zəngin tarixindən başlayır.
Disput gənclərin fikir mübadiləsi aparmasına, analitik düşüncəsinin inkişafına və milli ruhda formalaşmasına stimul verib.