ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində “Baharın rəngləri – Novruzun nəfəsi” adlı sərgi keçirilib.
Sərgidə kollecin dekorativ tətbiqi sənət, rəngkarlıq və dizayn-moda ixtisasında təhsil alan tələbələrin və eləcə də ixtisas müəllimlərinin hazırladıqları əl işləri vasitəsilə baharın təravəti, Novruzun zəngin milli-mənəvi dəyərləri və ənənələri bədii şəkildə təqdim olunub. Rəngarəng və yaradıcı nümunələr qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılarda xoş və yaddaqalan təəssüratlar formalaşdırıb.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Dillər kafedrasının baş müəllimləri, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, tədris hissə müdiri Hilalə İbadova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, 18 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Fətiyeva, “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva, menecer Xalidə Rzayeva, “YURDUM” Eko-Sosial Kəndinin sədri Firəngiz Hüseynova və digər əməkdaşları iştirak ediblər.