Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş idman yarışları keçiriləcək

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və idman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 16 aprel-5 may 2026-cı il tarixlərində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə" həsr olunmuş idman yarışlarının keçirilməsi nəzərdə tutulur.
Yarış ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin Yasamal korpusunda (16.04.2026 Dama, 20.04.2026 Şahmat, 21.04.2026 Stolüstü tennis) saat 09:30-da keçiriləcəkdir.

“Beyin-Hədəfli Tədris Modeli” mövzusunda ikinci təlim keçirildi

Aprelin 13-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda ikinci təlimi uğurla həyata keçirildi.

Tələbələr üçün “Öyrənməyin yeni nəbzi” mövzusunda təlim keçiriləcək

Hörmətli tələbələr,
Sizi 15.04.2026-cı il saat 11:00-da Yasamal korpusunun akt zalında Hədəf Şirkətlər Qrupu tərəfindən təşkil olunan “Öyrənməyin yeni nəbzi” mövzusunda keçiriləcək təlimə dəvət edirik.
Bu təlim sizə müasir öyrənmə yanaşmaları ilə tanış olmaq, bilik və bacarıqlarınızı inkişaf etdirmək, yeni perspektivlər qazanmaq üçün dəyərli imkan yaradacaq.
Gələcəyinizə investisiya etmək və öz inkişafınıza yeni bir addım atmaq üçün bu imkanı qaçırmayın!
Sizin iştirakınız bizim üçün çox önəmlidir.

Tələbələr üçün Canva proqramı üzrə praktiki təlim təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “Canva ilə vizual layihələrin hazırlanması” mövzusunda növbəti görüşü keçirilib.
Görüş zamanı tələbələr Canva proqramında vizual layihələrin hazırlanması, şablonlardan istifadə, mətn və qrafik elementlərin əlavə edilməsi, dizaynın tənzimlənməsi və hazır işlərin təqdim olunması ilə praktiki şəkildə tanış olublar.
Təlim çərçivəsində tələbələr tərəfindən müxtəlif təqdimat slaydları və vizual layihələr hazırlanıb.
Təlim tələbələrin rəqəmsal bacarıqlarının və yaradıcı düşünmə qabiliyyətinin inkişafına töhfə verib.
 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İsmayıllıya maarifləndirici səfər təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın füsunkar guşələrindən olan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.
Səfər zamanı əməkdaşlar bölgənin təbii gözəllikləri ilə yaxından tanış olub, ətraf mühitin qorunması, ekoloji təmizliyin vacibliyi və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparıb. Həmçinin təbiətin mühafizəsinə diqqət çəkmək məqsədilə simvolik ekoloji təşəbbüslər həyata keçirilib.
Səfər çərçivəsində yaradıcı fəaliyyət də təşkil olunub. Belə ki, əməkdaşlar arasında “Bulud üzərində boya ilə işləmə” mövzusunda maraqlı müsabiqə keçirilib. Müsabiqə iştirakçıların yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və onların asudə vaxtının səmərəli təşkilinə xidmət edib.