Xatirə Daşdəmirovanın Azərbaycan–Gürcüstan münasibətlərinə dair məqaləsi dərc olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın rus dili müəllimi Daşdəmirova Xatirə Qabil qızının "Yeni Yol" qəzetində "AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ: REGİONAL ƏMƏKDAŞLIĞIN DAVAMLI İNKİŞAF MODELİ" adlı məqaləsi dərc olunub.

"Şirvanşahlar" muzeyinə ekskursiya: Tələbələr memarlıq irsini yerində öyrəndi

Aprelin 18-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın müəllimi Nadiri Hümeyrənin təkəşkilatçılığı ilə "Memarlıq və Şəhərsalma ili" çərçivəsində si 25.05 sb qrupunun "Şirvanşahlar" tarixi muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiyanın keçirilməsindən əsas məqsəd:
Tarixi yaddaşın gücləndirilməsi: Tələbələrə Azərbaycanın dövlətçilik tarixini və Şirvanşahlar sülaləsinin irsini əyani şəkildə nümayiş etdirmək.
Memarlıq irsinin tədqiqi: "Memarlıq və Şəhərsalma ili" çərçivəsində orta əsr Şirvan-Abşeron memarlıq məktəbinin incəliklərini, abidələrin konstruktiv quruluşunu və bədii tərtibatını yerindəcə öyrənmək.
Nəzəriyyənin təcrübə ilə vəhdəti: Tədris prosesində əldə olunan nəzəri biliklərin tarixi eksponatlar və memarlıq nümunələri üzərində praktiki olaraq möhkəmləndirilməsi.
Mədəni irsə hörmət ruhunun aşılanması: Gənclərdə milli-mənəvi dəyərlərə sahib çıxmaq, tarixi abidələri qorumaq və onları gələcək nəsillərə ötürmək məsuliyyətini formalaşdırmaq.
Dünyagörüşünün zənginləşdirilməsi: Tələbələrin estetik zövqünü inkişaf etdirmək və İçərişəhərin dar küçələrində gizlənmiş şəhərsalma mədəniyyətini onlara yenidən kəşf etdirmək.
Bu ekskursiya tələbələrin həm peşəkar biliklərinin artırılması, həm də milli kimlik şüurunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Warning: Undefined variable $video_src in /mnt/home1/adpkedu/public_html/dev6/plugins/system/helixultimate/overrides/layouts/joomla/content/blog/video.php on line 35

Sözün gücü, həqiqətin səsi – Cəlil Məmmədquluzadəyə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək

Ədəbiyyatın işığında bir axşam…
“Sözün gücü, həqiqətin səsi - Cəlil Məmmədquluzadə”
Zamanı qabaqlayan qələmi, cəmiyyətin aynasına çevrilən sözü ilə yaddaşlara həkk olunan böyük ədib Cəlil Məmmədquluzadənin ruhuna ithaf olunan ədəbi - bədii gecəyə Sizi dəvət edirik.
Bu gecədə:
- M.Cəlilin söz sənətinin incəlikləri ilə dolu çıxışlar
- “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil yaradıcılığının və həyatının və ruhunun yenidən canlandırılması
- ⁠əsərlərindən səhnələr, duyğulu qiraətlər
Tarix: 27.04.2026
Saat: 10 : 00
Məkan: ADPU-nun nəznində ADPK-nın akt zalı (yasamal korpusu)
Gəlin, sözün qüdrətini birlikdə hiss edək, Mirzə Cəlilin işığında bir araya gələk.

Milli kimlik və dəyərlərin təbliği mövzusunda tələbələrlə görüş keçirilib

Aprelin 17-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə və gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” layihəsi çərçivəsində tələbələrlə görüş təşkil olunub.
Görüşdə Birliyin sədri və layihə rəhbəri Emin Həsənli, layihənin eksperti Taleh Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar iştirak etmiş və tələbələrin suallarını cavablandırmışlar.

“Beyin-Hədəfli Tədris Modeli” mövzusunda növbəti təlim keçirilib

Aprelin 17-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda növbəti təlimi uğurla həyata keçirildi.