Aprelin 17-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə və gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” layihəsi çərçivəsində tələbələrlə görüş təşkil olunub.
Görüşdə Birliyin sədri və layihə rəhbəri Emin Həsənli, layihənin eksperti Taleh Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar iştirak etmiş və tələbələrin suallarını cavablandırmışlar.