Tədris təcrübəsi çərçivəsində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Artıq tədris təcrübəsi yekunlaşmaq üzrədir. Bu müddət ərzində tələbələrimiz müxtəlif mövzularda maraqlı tədbirlər hazırlayaraq, öz yaradıcılığını, təşkilatçılıq bacarığını və əldə etdiyi bilikləri nümayiş edərək, yadda qalan təqdimatlar etmişlər.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən tədbirlər tələbələrin həm peşəkar inkişafına, həm də kollektiv qarşısında sərbəst çıxış etmə bacarıqlarının formalaşmasına təkan verir.
Tədris təcrübəsi p.ü.f.d. müəllim Şükufə Xankişiyevanın pedaqoq olduğu Məktəbəqədər təhsil ixtisası III kurs qrup tələbələrinin təqdimatında aprel döyüşlərinə həsr olunmuş tədbir rəngarəng yaradıcı yanaşma və tərtibat baxımından yaddaqalan oldu.
Bu təşəbbüs onların gələcək fəaliyyətlərində daha inamlı və uğurlu olmalarına zəmin yaradır.
Tədbirdə müəllim heyətinin iştirakı və dəstəyi isə tələbələr üçün əlavə motivasiya mənbəyidir.

Erkən nikahın riskləri və reallıqları mövzusunda maarifləndirici görüş keçirilib

Erkən nikahın görünməyən tərəfləri: risklər və reallıqlar – gələcəyini yarımçıq qoyma.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda erkən nikah mövzusuna həsr olunmuş maarifləndirici görüş təşkil olunub.
Tədbir zamanı erkən yaşda ailə qurmağın yalnız sosial deyil, eyni zamanda fiziki və psixoloji baxımdan yaratdığı çətinliklər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu cür qərarlar gənclərin təhsil imkanlarını məhdudlaşdırmaqla yanaşı, onların şəxsi inkişafına və gələcək planlarına ciddi təsir göstərir.
Görüş çərçivəsində tələbələrlə açıq müzakirələr aparılıb, onların sualları cavablandırılıb və düzgün, düşünülmüş həyat seçimlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Xarici dillər fənn birləşməsi müəllimləri ilə iclas keçirilib

20.04.2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın rəhbərliyinin Xarici dillər fənn birləşmə komissiyasının müəllimləri ilə iclası keçirilmişdir.
İclas zamanı 2025/2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının nəticələri, payız imtahan sessiyasına dair hesabatın təhlili, eləcə də təcrübə dərslərinin keçirilmə keyfiyyəti geniş şəkildə müzakirə olunmuşdur.
Görüşdə tədris prosesinin daha da təkmilləşdirilməsi, sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi və tələbələrin bilik səviyyəsinin artırılması istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.
Kollec rəhbərliyi tərəfindən müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verilmiş və gələcək dövr üçün prioritet istiqamətlər müəyyən edilmişdir.

“Beyin-Hədəfli Tədris Modeli” mövzusunda növbəti təlim baş tutub

Aprelin 22-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda növbəti təlimi uğurla həyata keçirildi.
 

İnklüziv təhsil mövzusunda seminar təşkil olunub

21.04.26-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika- Psixologiya FBK-nın təşkilatçılığı və “Dəyişən düşüncə” klubunun fəaliyyət planı üzrə istehsalat təcrübəsi qabağı “İnklüziv sinif müəllim necə olmalıdır?” mövzusunda seminar keçirildi.
Seminarda tələbə və müəllim heyəti fəal iştirak etdi. Seminar zamanı inklüziv sinif müəllimin xüsusiyyətləri, fərqli ehtiyacları olan şagirdlərlə iş prinsipləri, empatiya, tolerantlıq və fərdi yanaşmanın əhəmiyyəti vurğulandı.
İştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşdü, müzakirələr aparıldı və real situasiyalar üzərində fikir mübadiləsi edildi.
Seminar interaktiv formada təşkil olunduğu üçün iştirakçılar aktiv şəkildə prosesə cəlb olundu.
Sonda qeyd olundu ki, inklüziv sinif müəllim yalnız bilik verən deyil, həm də hər bir şagirdin potensialını üzə çıxaran, onları anlayan və dəstəkləyəndir.