Erkən nikahın görünməyən tərəfləri: risklər və reallıqlar – gələcəyini yarımçıq qoyma.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda erkən nikah mövzusuna həsr olunmuş maarifləndirici görüş təşkil olunub.
Tədbir zamanı erkən yaşda ailə qurmağın yalnız sosial deyil, eyni zamanda fiziki və psixoloji baxımdan yaratdığı çətinliklər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu cür qərarlar gənclərin təhsil imkanlarını məhdudlaşdırmaqla yanaşı, onların şəxsi inkişafına və gələcək planlarına ciddi təsir göstərir.
Görüş çərçivəsində tələbələrlə açıq müzakirələr aparılıb, onların sualları cavablandırılıb və düzgün, düşünülmüş həyat seçimlərinin əhəmiyyəti xüsusi vurğulanıb.