“English Skills Development Club”da “Food and Drinks” mövzusunda interaktiv görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla təşkil olunub.
Bu dəfə tələbələr “Food and Drinks” mövzusu ətrafında bir araya gələrək həm oxu, həm də danışıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərdə iştirak ediblər.
Görüş zamanı tələbələr qısa mətnlərin oxunması və müzakirəsi vasitəsilə lüğət ehtiyatlarını zənginləşdirərək, düzgün tələffüz və anlama bacarıqlarını təkmilləşdiriblər.
Eyni zamanda, təşkil olunan restoran rol oyunu iştirakçılara real həyat situasiyalarını canlandırmaq imkanı yaratdı və onların ingilis dilində sərbəst ünsiyyət bacarıqlarını daha da gücləndirdi.
Bu cür interaktiv və praktik yönümlü görüşlər tələbələrin dil biliklərinin inkişafında mühüm rol oynayır.
Klubun fəaliyyətləri davam edir və növbəti görüşlərdə daha maraqlı mövzular iştirakçıları gözləyir.

“Ailə və ev təhsili” ixtisası tələbələrinin tədris təcrübəsi çərçivəsində debat təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Ailə və ev təhsili“ lll kurs tələbələrinin Tədris təcrübəsi olduqca maraqlı keçməkdədir.
Tələbələr əvvəlki kurslardan öyrəndikləri pedaqoji metod və üsulları müəllimlərinin köməyi sayəsində daha da dərinləşdirir və mənimsəyirlər.
Onların gələcək ixtisaslarına olan həvəsi və pedaqoji heyətin onlara olan dəstəyi gələcəkdə layiqli məzun olacaqlarından xəbər verir.
Bu günlərdə müəllim A.Süleymanova və V.Kərimovanın AET23/03SB və AET23/05SBR qruplarında təşkil etdikləri debat həm Azərbaycan, həm rus bölməsindən olan tələbələrin peşə ixtisasına dərindən bələd olmalarını göstərir.

Sabunçu korpusunda “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda birinci təlimə start verilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda birinci təlimə start verilib.

Sevda Orucova fərqlənmə diplomuna layiq görülüb

Orucova Sevda Vaqif qızı Sosial iş ixtisası üzrə qiyabi təhsil alan Sİ23/07SBr qrup tələbəsi yüksək nəticələr göstərmiş və fərqlənmə diplomuna layiq görülüb.
Sevda xanım eyni zamanda şəhid Əzizov Elçinin həyat yoldaşıdır. Sevda xanımın uğuru həm əzminin, həm də iradəsinin hər kəsə nümunəsidir.
Bu nailiyyət münasibətilə Sevda xanımı təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq.

“Qarabağ – qələbənin coğrafi amilləri” mövzusunda açıq dərs keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təbiət Elmləri FBK-nın coğrafiya müəllimi Qarayeva Ruhəngiz tərəfindən İt25/02Sb ilə İnklüziv təhsil şöbəsinin tələbələri üçün təşkil olunmuş “Qarabağ-qələbənin coğrafi amilləri” adlı açıq dərs.