ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla təşkil olunub.
Bu dəfə tələbələr “Food and Drinks” mövzusu ətrafında bir araya gələrək həm oxu, həm də danışıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərdə iştirak ediblər.
Görüş zamanı tələbələr qısa mətnlərin oxunması və müzakirəsi vasitəsilə lüğət ehtiyatlarını zənginləşdirərək, düzgün tələffüz və anlama bacarıqlarını təkmilləşdiriblər.
Eyni zamanda, təşkil olunan restoran rol oyunu iştirakçılara real həyat situasiyalarını canlandırmaq imkanı yaratdı və onların ingilis dilində sərbəst ünsiyyət bacarıqlarını daha da gücləndirdi.
Bu cür interaktiv və praktik yönümlü görüşlər tələbələrin dil biliklərinin inkişafında mühüm rol oynayır.
Klubun fəaliyyətləri davam edir və növbəti görüşlərdə daha maraqlı mövzular iştirakçıları gözləyir.