ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 15 aprel 2026-cı il tarixində Humanitar FBK-nın təşkilatçılığı və müəllimlərinin rəhbərliyi ilə”Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində növbəti görüş keçirilib.
Vəlisoy Şəlalənin rəhbərliyi ilə təşkil olunmuş “Heydər Əliyevin Siyasi İrsi və Azərbaycan Dövlətçiliyində Rolu”mövzusunda Seminar keçirilib.
Seminarda tələbələrə Ulu Öndər Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verilib.
Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir.
Ölkələrin, millətlərin taleyini müəyyən edən mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir.
Müasir Azərbaycanın tarixi də Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Heydər Əliyevin Vətən və Xalq qarşısında xidmətləri misilsizdir. Böyük öndər Azərbaycanı dünyada məhz milli dəyərlər,tarix,mədəniyyət özəlliyi ilə tanıdırdı.
Ulu öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir.
Böyük öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasıdır.