Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarına start verilib.
Tədbir Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
16 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında dama üzrə yarışı təşkil olunub.
Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunub, xatirə şəkilləri çəkdirilib.