Narkotik vasitələrin qanunsuz dövriyyəsi və zərərli vərdişlərə qarşı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı görüş keçirilib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda gənclər arasında narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınmasına dair maarifləndirici görüş keçirilib.
Çıxışlar zamanı psixoloq və tibb bacısı asılılıq yaradan maddələrin insan orqanizminə və psixikasına təsiri, sosial həyatda yaratdığı problemlər və gələcək perspektivlərə vurduğu zərər haqqında ətraflı məlumat veriblər.
Eyni zamanda tələbələrə sağlam həyat tərzinin formalaşdırılması, düzgün seçimlərin edilməsi və riskli davranışlardan uzaq durmağın əhəmiyyəti izah olunub.