ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “Canva ilə vizual layihələrin hazırlanması” mövzusunda növbəti görüşü keçirilib.
Görüş zamanı tələbələr Canva proqramında vizual layihələrin hazırlanması, şablonlardan istifadə, mətn və qrafik elementlərin əlavə edilməsi, dizaynın tənzimlənməsi və hazır işlərin təqdim olunması ilə praktiki şəkildə tanış olublar.
Təlim çərçivəsində tələbələr tərəfindən müxtəlif təqdimat slaydları və vizual layihələr hazırlanıb.
Təlim tələbələrin rəqəmsal bacarıqlarının və yaradıcı düşünmə qabiliyyətinin inkişafına töhfə verib.