ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın füsunkar guşələrindən olan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.
Səfər zamanı əməkdaşlar bölgənin təbii gözəllikləri ilə yaxından tanış olub, ətraf mühitin qorunması, ekoloji təmizliyin vacibliyi və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparıb. Həmçinin təbiətin mühafizəsinə diqqət çəkmək məqsədilə simvolik ekoloji təşəbbüslər həyata keçirilib.
Səfər çərçivəsində yaradıcı fəaliyyət də təşkil olunub. Belə ki, əməkdaşlar arasında “Bulud üzərində boya ilə işləmə” mövzusunda maraqlı müsabiqə keçirilib. Müsabiqə iştirakçıların yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və onların asudə vaxtının səmərəli təşkilinə xidmət edib.