Yasamal rayonunda stolüstü tennis üzrə yarış keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində stolüstü tennis turniri baş tutub.
21.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan stolüstü tennis turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır.
Sonda çıxış edənlər yarış iştirakçılarına uğur arzulayıblar.
Yüksək rəqabət şəraitində keçən turnirin sonunda qaliblərə diplom və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.