Yasamal rayonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və digər iştirakçılar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi dövlətçiliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin olunmasında və ölkənin inkişafında mühüm rol oynayıb.
Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasını təşkil edir.
Tədbirdə Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycan dövlətinin inkişafında həlledici rol oynadığı vurğulanıb.