27 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilən ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra isə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbir kollecin direktoru Amalya Sezginin giriş sözü ilə açıq elan olunmuşdur.
O, çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir.
Tədbir kollecin “Mizan” dram dərnəyinin rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, ADMİU-nun “Səhnə danışığı” kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov tərəfindən yüksək peşəkarlıqla ərsəyə gətirilmişdir.
Tədbir proqramı çərçivəsində Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsi geniş şəkildə təqdim olunmuş, “Molla Nəsrəddin” jurnalının maarifçilik missiyası vurğulanmışdır. Yazıçının həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirilmiş, əsərlərindən parçalar səsləndirilmiş və bədii qiraətlər təqdim olunmuşdur.
Tədbirdə bir sıra nüfuzlu qonaqlar iştirak etmişdir. Onlar sırasında ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, kafedra müdiri, dosent İsrayıl İsgəndərov, Bakı Slavyan Universitetinin tədris məsələləri üzrə prorektoru, professor Fikrət Cahangirov, AZMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, dosent Aygün Məmmədova, müəllim Günay Əsədova, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının sədri Rövşən İbrahimli, Cəlil Məmmədquluzadənin ev muzeyinin direktoru Yeganə Məmmədova, AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru, dosent Şəhla Abbasova, həmin kollecin tədris işləri üzrə direktor müavini Sevda Həsənova, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, professor Nasim Abışov, Azərbaycan İlahiyyat İnstitutunun nəzdində Bakı İlahiyyat Kollecinin tədris şöbəsinin müdiri Hilalə İbadova,
T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi yer almışdır.
Çıxış edənlər Azərbaycan ədəbiyyatının qüdrətini və Cəlil Məmmədquluzadə irsinin aktuallığını xüsusi vurğulamış, milli-mədəni dəyərlərin təbliğinin əhəmiyyətini bir daha diqqətə çatdırmışlar.