"Uşaq hüquqlarının qorunması” aylığı çərçivəsində ədəbi dərs-diskussiya təşkil olundu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Azərbaycan dili və ədəbiyyat fənn birləşməsi müəlliminin təşkilatçılığı ilə Məktəbəqədər təhsil ixtisasında “Uşaq hüquqlarının qorunması” aylığı çərçivəsində “Uşaq ədəbiyyatı” fənni üzrə dərs-diskussiya keçirilib.
Məqsəd uşaq hüquqlarının Azərbaycan ədəbiyyatında necə əks olunduğunu araşdırmaq, bu mövzunun gənc nəslin tərbiyəsindəki rolunu müzakirə etmək olub. Tələbələr uşaq obrazlarının təqdimatı və ədəbi nümunələrin tərbiyəvi əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Dərs-diskussiya iştirakçıların fəallığı və maraqlı çıxışları ilə yadda qalıb, uşaq hüquqlarının təbliği baxımından maarifləndirici əhəmiyyət daşıyıb.

English Skills Development Club fəaliyyətə başladı

ENGLISH SKILLS DEVELOPMENT CLUB

ingilis dili bacarıqlarını – oxuma, yazma, dinləmə və danışığı – sistemli şəkildə inkişaf etdirməyə kömək etmək üçün!

Bu klub sizdə

• Praktik məşğələlər üzrə dil səviyyənizi yüksəldəcək,
• Müxtəlif tapşırıqlarla öyrəndik, həyata keçirəcək,
• Dinləmə, danışıq, yazı və oxu bacarıqlarınızı balanslı şəkildə inkişaf etdirəcəksiniz.

Gəl, ingilis dili ilə öz potensialını kəşf et!

📍 İştirak: Bütün üçün açıqdır.

ADPK-da “Yavaş Yaşam” fəlsəfəsi üzrə 21 günlük challenge

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində təşkil olunan tədbirlər çərçivəsində psixoloq Gülsüm Bayram tədris şöbəsinin əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı iştirakçılar “Slow Living” – "Yavaş yaşam" fəlsəfəsi haqqında məlumat alıb və bunun əsasında 21 günlük “challenge” (meydan oxuma) proqramına start verilib. Proqram çərçivəsində iş gününə yavaş yaşam düşüncə tərzinə uyğun yeni və faydalı vərdişlər əlavə edilib, qeyri-məhsuldar davranış modelləri müzakirə olunub.
Təşəbbüsün məqsədi əməkdaşların rifahını dəstəkləmək, psixoloji balansı qorumaq və iş keyfiyyətini artırmaqdır.

“Conversation Club” tələbələri ingilis dili müzakirələrinə dəvət edir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Conversation Club” sizi maraqlı və interaktiv müzakirələrə dəvət edir!
Burada siz:
• Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaq,
• Yeni dostlar və təcrübələr qazanacaq,
• İngilis dilində sərbəst danışıq bacarığınızı inkişaf etdirəcəksiniz!
Qoşul, danış, inkişaf et!
İştirak bütün tələbələr üçün açıqdır.

ADPK-da əməkdaşların yubileyi münasibətilə təltifetmə mərasimi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yubileyi qeyd olunan inzibati işçi və müəllim heyətinin, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimlinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir zamanı kollecin bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışdır.