Yasamalda Zəfər və AMEA yubileyinə həsr olunmuş yarışlara start verildi

Yasamal rayonunda  Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş minifutbol, şahmat və dama üzrə silsilə idman yarışlarına start verilib.

Tədbir YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, AMEA, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektoru və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Oktyabrın 29-da ilk yarış — dama turniri ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub. Açılışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev,   Gənclər və idman sektorunun müdiri İlham Səfərov, kollecin direktor müavinləri Nigar Şirəliyeva və Sevda Axundova, eləcə də müxtəlif təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub. Çıxışlarda vurğulanıb ki, yarışlar elmlə idmanın vəhdətini, milli həmrəyliyi və sağlam həyat tərzini təşviq edir.

Sonda qaliblər diplom və medallarla, hakim isə hədiyyə ilə təltif olunub, xatirə fotosu çəkilib.

ADPK əməkdaşları şəhid Tapdıq Ağayevin ailəsini ziyarət ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup əməkdaşı Qəbələ rayonunun Tüntül kəndinə gedərək kollecin məzunu, Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin ailəsini ziyarət edib.

Səfər zamanı kollecin nümayəndələri şəhidin xatirəsinə yaradılmış ev-muzeyinə baxış keçirib, Tapdığın tələbələr tərəfindən çəkilmiş portretlərini ailəsinə təqdim ediblər. Daha sonra şəhidin uyuduğu məzarlığı ziyarət edən əməkdaşlar T. Ağayevin təhsil aldığı Müşfiq Murtuzov adına məktəbdə də olub və kollektivlə görüşüblər.

Qeyd edək ki, Tapdıq Ağayev 2020-ci il oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da doğma kəndində torpağa tapşırılıb.

Allah şəhidimizə rəhmət eləsin!

ADPK-nın tələbələri şəhid Emil Əhmədovun məzarını ziyarət ediblər

30 oktyabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının FTM25/03SB qrupunun tələbələri II Fəxri Xiyabanda qrup yoldaşları Əhmədov Bahadurun atası – Vətən müharibəsi şəhidi Əhmədov Emil Bahadur oğlunun məzarını ziyarət ediblər. Ziyarətdə kollecin inzibati heyəti də  iştirak edib.

Ziyarətçilər şəhidin xatirəsini dərin  ehtiram və minnətdarlıqla yad ediblər.

#ADPK #ADPU #EATDA #ElmvəTəhsilNazirliyi

ADPK-da Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib

2025-ci il 24 oktyabr tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilib.

Kollecin direktoru Amalya Sezgin şura üzvlərini salamladıqdan sonra iclasın gündəliyini açıqlayıb.

Amalya Sezgin gündəliyin birinci məsələsi olan 202/2025-ci tədris ilində yüksək səviyyəli fəaliyyətə və yüksək nəticəyə nail olan müəllimlərin köməyi ilə onları təbrik edib.

Növbəti məsələlər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Orta ixtisas təhsil pilləsinin təhsil proqramlarının tələblərinə uyğun olaraq” əmrinə dəyişikliklər edilmiş və həmin əmr əsasında görüləcək işlər görüləcək.

Daha sonra Pedaqoji Şurada ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci üçün tədris prosesi ilə bağlı bir sıra qaydalar müzakirə edilib.

Sonda şura üzvlərində duran avtomobil haqqında məlumatlandırılıblar.

ADPK tələbələrinin Dövlət Bayraq Muzeyinə ziyarəti

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK müəlliminin təşkilatçılığı ilə bir qrup tələbə Dövlət Bayraq Muzeyinə gedib, orada nümayiş etdirilən eksponatlarla tanış olub.