"Allaha salam” filminə baxış

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda şanlı Zəfərin 5 illiyinə həsr edilmiş “Tarixə çevrilən həqiqət – unutmadıq, unutmarıq” adlı tədbir, Vətən müharibəsi şəhidlərinə və qazilərinə ithaf olunmuş “Allaha salam” filminə baxış və yaradıcı heyətlə görüş keçirilib.

Tədbirdə kollecin tələbələri, müəllim və inzibati heyəti, eləcə də filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, baş rolun ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Məmmədsəfa Qasımov, filmin operatoru Məmmədəmin Əlizadə, həmçinin kollecin məzun-qaziləri iştirak etmişlər.

Tədbiri kollecin “Milli-mənəvi dəyərlər” dərnəyinin rəhbəri Nərgiz Fətiyeva açıb. Kollecin direktoru Amalya Sezgin çıxışında 44 günlük müharibədə qazanılmış möhtəşəm qələbənin tarixi əhəmiyyətindən, xalqımızın birliyindən və filmin məziyyətlərindən bəhs edib. Daha sonra veteran döyüşçü anası, kollecin fənn birləşmə komissiyasının sədri Təranə Həmzəbəyova və kollecin məzun-qaziləri çıxış ediblər.

Filmin nümayişindən sonra tələbələr rejissor Xəyal Rza, Xalq artisti Məmmədsəfa Qasımov və operator Məmmədəmin Əlizadəyə suallar ünvanlayıblar. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

ADPK-də təlim xarakterli təxliyyə planı həyata keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda təlim xarakterli təxliyyə planı həyata keçirilib.

Təlimin məqsədi kollecin xəbərdarlıq sisteminin vəziyyətini yoxlamaq, işçilərin və tələbələrin təxliyyə və toplanma prosesinin reallığını qiymətləndirmək, fövqəladə hallar zamanı davranış qaydalarını bir daha xatırlatmaq olub.

ADPK-dən İtaliya çap qrafikası dərs vəsaiti

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə FBK müəllimləri Emil Ağayev, Arzu Sadiyeva, Aynur Seyfullayeva, Sevil Əliyeva və Ülviyyə İmanovanın həmmüəllifi olduğu “XV–XVIII əsrlərdə İtaliya çap qrafikası sənəti tarixi” adlı dərs vəsaiti nəşr olunub.

Vəsaitin elmi redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günel Seyidəhmədli və Əməkdar idman ustası Elsevər Abbaslı, rəyçiləri isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov və ADPK-nın müəllimləri Sevinc Babaxanova və İlahə Cəfərlidir.

ADPK-da kitab sərgisindən əldə olunan nəşrlərin təqdimatı

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris binası kitabxanasında Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya zamanı əldə edilmiş nəşrlərin təqdimatı keçirilib.

tədbirlərdə işlərə kitabların məzmunu, elmi biliklərin ətrafında və dünyagörüşünün formalaşdırılması ilə bağlı rolu barədə məlumat verilib.

ADPK tələbələrindən “Müstəqilliyimiz əbədidir” tədbir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İnklüziv təhsilini dəyişməsi “Müstəqilliyimiz əbədidir” adlı maraqlı və maraqlı tədbirlər həyata keçirir.

Tələbə hazırladığı çıxışlarda və səhnə kompozisiyalarında müstəqilliyimizin ildən-ilə gücləndiyi, dönməz və sarsılmaz xarakterlərin xüsusi vurğulanıb.