“Uşaq hüquqları və ekoloji məsuliyyət” mövzusunda seminar keçirildi

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə “Uşaq hüquqlar və ekoloji məsuliyyət: Təmiz planet – sağlam uşaq” mövzusunda seminar keçirilib.

Fəaliyyətdə iştirak edən Fiziki tərbiyə müəllimliyi ixtisasının müəyyən mövzu üzrə təqdim olunan suallar ətraflı cavablandırılıb. Seminarın sonunda paylanan vərəqlərdə onlar ekoloji mühit və uşaq hüquqları ilə bağlı öz fikir və təkliflərini qeyd edirlər.

İnklüziv təhsil ixtisasının tələbələri Milli Azərbaycan Tarixi Muzeyində

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı ilə İnklüziv təhsil ixtisasının xüsusiyyətlərii Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Burada onlar Azərbaycanın ən yeni tarixi, dövlət rəmzləri, Konstitusiyanın qəbulu prosesi və vətəndaş hüquqları ilə bağlı ekspozisiyalarla tanış olub, inklüziv təhsilin konstitusiya əsasları haqqında məlumat əldə ediblər.

Ekskursiyanın sonunda baxılaraq, öz baxışlarını ifadə edərək təəssüratlarını bölüşdürüblər.

“Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur

“Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili ərzində tələbələrin asudə vaxtının səmərəli təşkili və dərnəklərə cəlb olunması məqsədilə “Təbiəti Sevənlər” klubuna üzv qəbulu elan olunur.
Klubun məqsədi təbiətə sevgi aşılamaq, ekoloji bilikləri artırmaq, ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlər keçirmək və gənclərdə ekoloji məsuliyyət hissini gücləndirməkdir.
Klub çərçivəsində təbiət gəzintiləri, ağacəkmə aksiyaları, ekoloji layihələr, seminar və maarifləndirici tədbirlər təşkil ediləcək.
Devizimiz: “Təbiəti qoruyaq, təmiz gələcək üçün birləşək!”
Üzv olmaq istəyənlər Təbiət elmləri FBK- ya müraciət edə bilərlər.

“Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa təşkil olundu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial iş və menecment FBK müəllimlərinin təşkilatçılığı ilə “Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Sosial iş ixtisasının tələbələri fəal iştirak edərək mövzu ətrafında maraqlı müzakirələr aparıblar. Görüş zamanı əlilliyi olan uşaqların təhsil hüquqları, inklüziv təhsil mühitinin yaradılmasının əhəmiyyəti və onların cəmiyyətə inteqrasiyası imkanları barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masa “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunub və uşaqların bərabər təhsil imkanlarına dair ictimai maarifləndirməni artırmaq məqsədi daşıyıb.

Uşaq hüquqları və gender bərabərliyi: ADPK-də dəyirmi masa

"Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının qorunması, onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf imkanlarının genişləndirilməsi kimi məsələləri müzakirə etmək üçün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşməsi müəlliminin təşkilatçılığı, Ailə və ev təhsili şöbəsi tələbələrinin iştirakı ilə “Uşaq hüquqlarının gender bərabərliyi kontekstində müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə tələbələr uşaqlara qarşı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, peşə seçimində gender bərabərliyinin təmin olunması mövzularında maraqlı çıxışlar ediblər.