Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat və informatika fənn birləşməsi müəllimlərinin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd edilib ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazandı.
8 Noyabr — təkcə bir qələbə tarixi deyil, həm də xalqımızın birliyinin, sarsılmaz iradəsinin, torpağa və Vətənə olan sonsuz sevgisinin təntənəsidir.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri kollecin Vətən müharibəsi iştirakçılarını, övladları və həyat yoldaşları müharibədə iştirak etmiş müəllimələri Fəxri Fərman və hədiyyələrlə təltif edib.
Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi yaşayacaq, gələcək nəsillər üçün haqlı qürur və iftixar mənbəyi olacaqdır. Hər il bu gün həmvətənlərimiz şəhidlərimizin müqəddəs xatirəsini bir daha ehtiramla yad edir, qazilərimizin qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirlər.
8 Noyabr – Zəfər Günümüz mübarək!

ADPU-nun nəzdində ADPK-da fənn klublarına qeydiyyat

ADPU-nun nəzdində ADPK-da fənn klublarına qeydiyyat davam edir.

https://forms.office.com/r/Hq6P3VU0e3

 

 

ADPK müəllimi və tələbələri “Zəfər sənə yaraşır, Azərbaycan” sərgisində iştirak ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Mahmudova və kollecin tələbələri Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşəbbüsü ilə təşkil olunan 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfər sənə yaraşır, Azərbaycan” adlı sərgidə iştirak ediblər.
Tədbir Gəncliyə Yardım Fondunda baş tutub. Sərginin açılışında çıxış edən Fondun prezidenti Ahmet Tecim iştirakçıları diplomlarla təltif edib, onların fəaliyyətini yüksək qiymətləndirib. Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

“Süleyman Sani Axundovun qorxulu nağıllarında uşağın emosiyaları və düşüncələri” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundovanın, Azərbaycan dili və ədəbiyyat fənn birləşməsi müəlliminin təşkilatçılığı ilə “Süleyman Sani Axundovun qorxulu nağıllarında uşağın emosiyaları və düşüncələri” mövzusunda seminar keçirilib.
Tədbirdə S. S. Axundovun əsərlərində uşağın psixologiyasının və sosial tərbiyəsinin necə formalaşdığı barədə maraqlı mülahizələr səslənib. İştirakçılar uşaq ədəbiyyatında emosional tərbiyənin rolu barədə öz müşahidə və fikirlərini bölüşüblər.

“Uşaq hüquqları və ifadə azadlığı: dinlənilən uşaq – anlayan cəmiyyət” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsi müəlliminin təşkilatçılığı ilə “Uşaq hüquqları və ifadə azadlığı: dinlənilən uşaq – anlayan insanlar” adlı seminar.
Tədbirdə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına əsasən uşaq dinlənilmək, fikrini azad ifadə etmək və qərarların qəbulunda iştirak etmək hüquqları müzakirə olunub. Tələbələr bu mövzuda təqdimatlar uşaq səsinin cəmiyyətdə eşidilməsinin, böyüklərdə “uşağın dinlənilməsi mədəniyyəti”nin formalaşdırılmasının vacibliyini qeyd edir.