Məktəbəqədər təhsil tələbələrinin uşaq bağçasına səfəri təşkil edilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin rəhbərliyi ilə Məktəbəqədər təhsil ixtisası tələbələrinin uşaq bağçasına səfəri təşkil edilib.

Səfərin məqsədi tələbələrin psixoloji-pedaqoji inkişafını və idrak bacarıqlarını praktik mühitdə dəstəkləmək olub.

ADPK müəllimlərinin həmmüəllifi olduğu Rembrandt dərs vəsaiti çap olundu

ADPK müəllimlərinin həmmüəllifi olduğu Rembrandt dərs vəsaiti çap olundu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin

İncəsənət və fiziki tərbiyə FBK müəllimləri Emil Ağayev, Rəsmiyyə Mahmudova, Sevinc Babaxanova, İlahə Cəfərli və Sosial iş şöbəsinin müdiri Sevinc Ələkbərovanın həmmüəllifi olduğu **“Dünya təsviri sənət tarixinin tanınmış rəssamı Rembrandt”** adlı dərs vəsaiti çap olunub.

Kitabın redaktorları dosent Samir Sadıqov və qabaqcıl təhsil işçisi Xanımqız Rüstəmova, rəyçiləri isə dosent Samirə Mir-Bağırzadə, eləcə də ADPK-nın müəllimləri Arzu Sadiyeva və Nurcahan Orucovadır.

 

---

Psixoloq Gülsüm Bayram Tələbələr üçün “Bullinqin Səbəbkarını Tanımaq” Psixodrama Seansı Keçirib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu Gülsüm Bayram "Uşaq Hüquqları Aylığı" formatında "Bullinqin səbəbkarını tanımaq: şarj edən psixoloji portreti" psixodrama keçirib.
Görüşün sahibi olan şəxsi şəxsi tanıma və analiz etmələri forma olub.
Tələbələr ümumi məlumat aldıqdan sonra öldürülən real situasiyaları bölüşüb və psixodrama ilə bağlı tərəflərin (təzyiq etdiyi, araşdırmaya məruz qalan və şahidlər) psixoloji profilini aşkarlayıblar.
Səbəbləri və bullinq növbələrini analiz etdikdən sonra doğru yanaşma formalarını təklif edin.

“Debatda Güc, Sözdə Hikmət” və “Rəqəmsal Bacarıqlar” Klublarına Start Verildi

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat və informatika fənn birləşməsinin təşkilatçılığı ilə “Debatda güc, sözdə hikmət", eləcə də “Rəqəmsal bacarıqlar” klublarının fəaliyyətinə start verilib.
Məqsəd:
Tələbələrin dünyagörüşünü genişləndirmək, onların müzakirə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, rəqəmsal savadlılığı artırmaqdır. Klubların fəaliyyəti tələbələrin ictimai fəallığını gücləndirməyə, onları müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməyə yönəlib.