Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Axı dünya fırlanır” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan müəllim Sədaqət Əsgərova şairin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti barədə məlumat verib. Tələbələr B. Vahabzadənin ana dilinə, Vətənə və azadlığa həsr olunmuş şeirlərini səsləndiriblər.

Sonda kollecin direktoru Amalya Sezgin çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və iştirakçılara təşəkkürünü bildirib.

“Conversation Club”da iş müraciəti məktubu mövzusu müzakirə olunub*

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal və Sabunçu korpuslarında Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club” çərçivəsində tələbələrin peşəkar ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib. Bu dəfə mövzu “Letter Asking About a Job” olub.
Tələbələr iş müraciəti üçün sorğu məktubunun strukturu, formal üslub xüsusiyyətləri və digər vacib elementləri ilə tanış olublar. Praktiki yazı tapşırıqlarını yerinə yetirərək müxtəlif vakansiyalar üçün uyğun məktublar tərtib edib və qrup şəklində müzakirə ediblər.
Əziz tələbələr, peşəkar ingilis dili bacarıqlarınızı inkişaf etdirmək və yeni mövzularda danışıq təcrübəsi qazanmaq istəyirsinizsə, növbəti klub görüşünü qaçırmayın! İştirak edin və gələcək karyeranıza doğru daha bir addım atın!

“Konstitusiya və Suverenlik ili” çərçivəsində maarifləndirici görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu Humanitar FBK müəllimi ilə birlikdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan görüş keçirib.

Tarix müəllimi Konstitusiyanın yaranma tarixi və mahiyyəti haqqında məlumat verib.

Daha sonra tələbələr psixoloqla birlikdə Əsas Qanunun yaranmasında hansı sosial, psixoloji və fizioloji normaların əsas götürüldüyü barədə müzakirə aparıblar.

Tələbələr “Mən bir Konstitusiya yazsaydım, hansı üç dəyəri əsas götürərdim?” sualına cavab tapmağa çalışıblar.

Gənclərin sosial rifah mövzusundakı çıxışları xüsusi maraqla qarşılanıb.

Məktəbəqədər təhsil şöbəsi Beynəlxalq STEAM Azərbaycan Festivalında fəal iştirak edib

Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil şöbəsinin tyutorları və tələbələri fəal iştirak ediblər.

Festival çərçivəsində onlar STEAM yönümlü müxtəlif sərgilərə, innovativ layihələrə və interaktiv fəaliyyətlərə qoşularaq müasir tədris metodları, rəqəmsal texnologiyalar və yaradıcı yanaşmalar haqqında ətraflı məlumat əldə ediblər.

“Uzaq sahillərdə” filminə baxış və müzakirə keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tələbələrlə birlikdə “Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində II Dünya müharibəsində iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filminə baxış keçirib.

Tədbir zamanı filmdə əks olunan hadisələr tələbələrlə ətraflı müzakirə edilib, onların mövzu ilə bağlı fikir və təəssüratları dinlənilib. Tələbələr həmçinin Mehdi Hüseynzadə haqqında araşdırdıqları maraqlı faktları təqdim edərək qəhrəmanın həyat və fəaliyyətinə dair məlumatları paylaşıblar