“English Skills Development Club”da növbəti interaktiv görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının təşkilatçılığı ilə English Skills Development Club-da növbəti maraqlı görüş keçirilib.
Klub iştirakçıları sadə ingilis mətnləri oxuyub, qısa hekayələri müzakirə etməklə oxu bacarıqlarını və danışıq vərdişlərini inkişaf etdiriblər. Fəal iştirak və fikir mübadiləsi tələbələrin söz ehtiyatını zənginləşdirib.
English Skills Development Club tələbələrə dil bacarıqlarını interaktiv və əyləncəli şəkildə təkmilləşdirmək imkanı yaradır.

“Humanizm” sosial iş klubunun açılışı keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində "Humanizm" sosial iş klubunun açılışı keçirilib.
Tədbirdə klubun fəaliyyət istiqamətləri, sosial işin cəmiyyət üçün əhəmiyyəti və gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda interaktiv müzakirə mühitinin formalaşdırılması məqsədilə müxtəlif növ oyunlar keçirilib.
Sosial iş klubunun məqsədi tələbələr arasında sosial məsələlərə marağı artırmaq, həmrəylik və təşəbbüskarlığı gücləndirmək, sosial sahədə maarifləndirməni təşviq etməkdir.

Məktəbəqədər və İnklüziv təhsil ixtisası tələbələri Zəfər Gününü qeyd ediblə

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-psixologiya FBK müəllimlərinin təşkilatçılığı, Məktəbəqədər və İnklüziv təhsil ixtisasları üzrə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilib.
hadisələrdə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin ölümü, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Tələbələr qəhrəmanlıq, vətənpərvərlik və birlik ruhunu əks etdirən çıxışlar edib, bədii kompozisiyalar nümayiş etdiriblər.

“Zəfərə gedən yol” adlı tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İnklüziv təhsil şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Tədbir zamanı Zəfər tariximizə bir daha nəzər salınıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, qazilərimizə dərin minnətdarlıq ifadə edilib.
Tədbirin qonaqları sırasında hərbi qulluqçu Cavid Hacılı və Qarabağ qazisi, “Qarabağın tutusu” ləqəbi ilə tanınan Rüxsarə Cümüyeva da iştirak ediblər.

Aytən Məmmədovanın “Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi” məqaləsi dərc olunub

" İctimaifikir.az " saytında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat - informatika fənn birləşməsinin müəllimi Aytən "Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi" adlı məqaləsi dərc olunub.