Sevda Axundovanın məqaləsi “Elmi əsərlər” jurnalında dərc olunub

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəşri olan “Elmi əsərlər” jurnalının 2025-ci il, 5-ci sayında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial və fəaliyyətlə məşğul olan direktoru Sevda Axundovanın “Zəfər bayramı: tarixi, mədəniyyəti və sosial-psixoloji aspektləri” adlı məqalələr dərc olunub.

ADPK-da “Tariximizin izi ilə” tələbə klubuna üzv qəbulu elan olunur

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili və onların fəal ictimai həyata cəlb olunması məqsədilə “Tariximizin izi ilə” tələbə klubuna üzv qəbulu elan olunur.

Klubun əsas məqsədi tələbələrə Azərbaycanın tarixi, mədəni irsi və milli qəhrəmanları haqqında biliklər vermək, onlarda vətənpərvərlik ruhunu, milli dəyərlərə hörmət və bağlılıq hisslərini gücləndirməkdir.

Klubun devizi: ,“Keçmişimizi tanıyaq, gələcəyimizi quraq!”

Üzv olmaq istəyən tələbələr Humanitar fənn birləşmə komissiyasına müraciət edə bilərlər.

ADPK məzunu İqbal Rzayev Dünya Kubokunun qalibi olub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının məzunu İqbal Rzayev əlbəyaxa döyüş üzrə 97+ kq çəki dərəcəsində mübarizə apararaq Dünya Kubokunun sahibi olub.

Yarış Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilib. 5 dəqiqəlik raundun 4-cü dəqiqəsində idmançımız rəqibini məğlub edərək möhtəşəm qələbə qazanıb.

Məzunumuzun nailiyyətləri:

  •  2023 – Azərbaycan kəmərinin sahibi
  •  2024 – 2-ci dəfə Azərbaycan çempionu
  •  2025 – Dünya Kubokunun sahibi

Məzunumuzu bu böyük uğuru münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr və parlaq zirvələr arzulayırıq!

"Uşaq Hüquqları Aylığı” çərçivəsində süni intellekt və uşaq hüquqları mövzusu müzakirə olunub

“Uşaq Hüquqları Aylığı” mövzusunda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–informatika FBK müəllimləri və Məktəbəqədər təhsil xüsusiyyətlərinin inkişafı ilə “Uşaqlar və süni intellekt dövrü: imkanlar və risklər” adlı məktəbdəyirmi masa.

fəaliyyətin məqsədləri hüquqlarının qorunması, inkişaf etdirilməsi və təhlükəsizliyinin təmin edilməsi, texnologiyanın düzgün inkişafı və müasir texnologiyalardan istifadəsinin formalaşdırılması.

Görüş zamanı süni intellektin uşaqlar üçün imkanlar və potensial risklər geniş müzakirə edilib, bu potensial maarifləndirmənin vacibliyi, həm də ön və müəllim məsuliyyətinin artırılması.

“Conversation Club” tələbələrin ingilis dili danışıq bacarıqlarını gücləndirir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər Fənn Birləşməsi Komissiyasının təşkilatçılığı ilə Yasamal və Sabunçu korpuslarında tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə növbəti “Conversation Club” görüşləri keçirilib.

 

Tədbir çərçivəsində tələbələr maraqlı mövzular ətrafında fikir mübadiləsi aparıb, ingilis dilində sərbəst ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdiriblər. İnteraktiv müzakirələr, qrup tapşırıqları və sual-cavab sessiyaları ilə zəngin olan görüş tələbələrin dil biliklərini təkmilləşdirməklə yanaşı, onların özünəinamına və kommunikasiya bacarıqlarının inkişafına da töhfə verib.

 

“Conversation Club”un növbəti görüşlərində daha çox tələbənin fəal iştirak edəcəyi gözlənilir.