Məktəbəqədər təhsil ixtisasının tələbələri Mərkəzi Elmi Kitabxanada ekskursiyada olublar

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimləri və baş kitabxanaçı Şəhla Hüseynovanın təşkilatçılığı ilə kollecin Məktəbəqədər təhsil ixtisasının tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olublar.
Ekskursiya zamanı tələbələr kitabxananın fondları və elektron xidmətləri, həmçinin Bəxtiyar Vahabzadə və Üzeyir Hacıbəyova həsr olunmuş guşələrlə tanış olublar. Onlara Qarabağ müharibəsi qəhrəmanları fondu barədə də ətraflı məlumat verilib.

İnzibati heyət üçün “Təşkilati mədəniyyət və etika” təliminin növbəti sessiyası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində International Coaching Education Academia-nın dəstəyi ilə inzibati heyət üçün “Təşkilati mədəniyyət və etika” mövzusunda təlim silsiləsinin növbəti sessiyası keçirilib.

“Rəqəmsal bacarıqlar” klubunun növbəti görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun növbəti görüşü keçirilib.
Tədbirin məqsədi tələbələrin rəqəmsal savadlılığını artırmaq və ofis proqramları ilə işləmə bacarıqlarını inkişaf etdirmək olub. Görüş zamanı tələbələr “Microsoft Word ilə sənəd dizaynı” mövzusu üzrə mətnin formatlaşdırılması, səhifə tərtibatı, cədvəllərin hazırlanması, başlıq–altbilgi və üslub tətbiqi kimi praktiki biliklər əldə ediblər.

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı, FBK müəllimlərinin və tələbələrin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Fırtına və qasırğaları ram edən şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edilib, onun dövlətçilik irsi və ideyalarının müstəsna əhəmiyyət daşıdığı vurğulanıb. Tələbələrin ifasında şeir və kompozisiyalar səsləndirilib, videoçarx nümayiş olunub.

“Conversation Club” çərçivəsində peşəkar ünsiyyət görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə "Conversation Club" çərçivəsində tələbələrin peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib.
Bu dəfə mövzu “At a Business Lunch” olub. Tələbələr işgüzar nahar zamanı istifadə olunan əsas ifadələri, etik davranış qaydalarını və peşəkar dialoq formalarını öyrənib, real situasiyalar əsasında dialoqlar quraraq mövzuya başlama, fikir bildirmə, təklif vermə və səmimi şəkildə söhbəti tamamlamanın praktik üsullarını məşq ediblər. Görüş interaktiv şəkildə keçərək tələbələrin ingilis dilində peşəkar ünsiyyət bacarıqlarını daha inamlı şəkildə tətbiq etməsinə şərait yaradıb.
Əziz tələbələr, növbəti "Conversation Club" görüşünə siz də qoşulun! İngilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək və peşəkar kommunikasiya təcrübənizi artırmaq üçün qarşıdakı sessiyaları qaçırmayın!