Məktəbəqədər təhsil şöbəsi tələbələrinin sərbəst işlərinin təqdimatı keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin təşkilatçılığı ilə Məktəbəqədər təhsil şöbəsi tələbələrinin sərbəst işlərinin təqdimatı keçirilib.
Tədbirdə tələbələr “Məktəbəqədər yaşlı uşaqlarda məntiqi və riyazi təfəkkürün inkişafı metodikası” fənni üzrə hazırladıqları işləri təqdim ediblər. Məqsəd onların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirərək metodik hazırlığını qiymətləndirmək və gələcək peşə fəaliyyətinə dəstək vermək olub.
Tələbələr təqdimatlarda Azərbaycan nağılları əsasında səhnəciklər, didaktik oyunlar, inkişafetdirici metodlar və uşaqlarda məntiqi-riyazi düşüncəni formalaşdıran innovativ yanaşmalar nümayiş etdirərək fənnin tələblərini yüksək səviyyədə yerinə yetiriblər.

12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü

12 dekabr- Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Ulu Öndərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə anırıq.

Vəsilə İmanovanın məqaləsi “Kredo” qəzetində dərc olunub

"Kredo" qəzetində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəllimi Vəsilə İmanovanın “Ali Baş Komandan və Zəfərə gedən yol” adlı məqaləsi dərc olunub.

“Tariximizin izi ilə” klubunun vətənpərvərlik mövzusunda tədbiri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşməsinin təşkilatçılığı ilə “Tariximizin izi ilə” klubunun tədbiri keçirilib. Tələbələr I Qarabağ müharibəsi şəhidləri, Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov və Natiq Qasımovun döyüş yoluna həsr olunan sənədli filmə baxıblar.
Daha sonra qəhrəmanların həyat yolu və göstərdikləri şücaət bir daha xatırlanıb, tələbələrdə vətənpərvərlik ruhunu gücləndirməyə yönələn müzakirələr və sual-cavab sessiyası təşkil olunub.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə yekunlaşıb.

“Təşkilati mədəniyyət və etika” mövzusunda təlim silsiləsinə start verilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində International Coaching Education Academia-nın dəstəyi ilə “Təşkilati mədəniyyət və etika” mövzusunda təlim silsiləsinin ilk sessiyası keçirilib.
Təlim zamanı təşkilati mədəniyyətin niyə vacib olduğu, onun komanda işini necə gücləndirdiyi və ünsiyyəti hansı şəkildə daha səmərəli etdiyi barədə faydalı fikir mübadiləsi aparılıb. Sessiya həmçinin sağlam və müsbət təşkilati mühitin formalaşdırılmasına dair praktiki yanaşmalarla yadda qalıb.