Pedaqogika-psixologiya FBK müəllimlərinin məqaləsi dərc olunub

"Elmi tədqiqat" Beynəlxalq elmi jurnalında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəllimləri Şükufə Xankişiyeva və Məlahət Rəhimovanın həmmüəllifi olduğu “Yeniyetmələrin idrak fəaliyyətinin hərəkətverici qüvvəsi kimi maraqlar” adlı məqalə dərc edilib.

Tələbələr Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə mərkəzi ziyarət ediblər

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı ilə İnklüziv təhsil şöbəsinin İT25-03 sb qrup tələbələri Psixo-nevroloji Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Burada tələbələr mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub, uşaqlarla vaxt keçirərək yaxın ünsiyyət qurublar. Ziyarətdə həmçinin kollecdə fəaliyyət göstərən “Birgə Addım” inklüziv klubunun üzvləri də iştirak ediblər.

“Stres və emosiyaların idarə edilməsi” mövzusunda interaktiv müzakirə keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedagogika-psixologiya fənn birləşməsi müəllimləri və Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə “Stres və emosiyaların idarə edilməsi” mövzusunda interaktiv müzakirə keçirilib.
Görüşdə gündəlik həyatda rast gəlinən stres mənbələri, onların psixoloji təsirləri və emosiyaların idarə olunması yolları barədə fikir mübadiləsi aparılıb. İştirakçılar qruplarla situasiya tapşırıqları həll edib və şəxsi təcrübələrini bölüşüblər.
Sonda stresin azaldılması üçün gündəlik tətbiq edilə biləcək metodlar təqdim olunub.

“English Skills Development Club”ın növbəti görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində tələbələrin yazı və qrammatika bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib.
Bu məşğələdə tələbələr "Past Simple" zamanının tətbiqi və qısa, məzmunlu məktub yazma texnikası ilə tanış olublar. Onlar qrammatik qaydaları nümunələr üzərində tətbiq etməklə müxtəlif situasiyalar üçün məktublar hazırlayaraq qrup müzakirələrində təqdim ediblər. Sessiya dinamik keçib, iştirakçıların yazılı ifadə və qrammatik dəqiqlik bacarıqlarını gücləndirib.
Əziz tələbələr, sizi növbəti “English Skills Development Club” görüşünə dəvət edirik! İngilis dilində yazı və qrammatika bacarıqlarınızı təkmilləşdirmək, interaktiv tapşırıqlarla özünüzü sınamaq istəyirsinizsə, qarşıdakı məşğələləri qaçırmayın!

“Süni intellekt müəllimi əvəz edə bilərmi?” mövzusunda debat keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşmə komissiyası “Süni intellekt müəllimi əvəz edə bilərmi?” başqa müzakirə təşkil edib.
tədbirin qurulması, analitik düşünmə arqumentasiya, müzakirə və təqdimat bacarıqlarını inkişaf edib. Komandalar mövzularına dair fərqli yanaşmalarını əsaslandıraraq fəal, yaradıcı və maraqlı çıxışlar mümkündür. Debat yüksək dinamika və iqtisadi əlaqələr keçib.