Klassik rus ədəbiyyatına həsr olunmuş dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dillər FBK müəlliminin təşkilatçılığı və Məktəbəqədər təhsil şöbəsi fəaliyyətində klassik rus ədəbiyyatına həsr olunmuş «Кавказ глазами А. S. Puşkina və M. Ю. Лермонтова» şəxsdən dəyirmi masaya qoyuldu.
XIX əsr rus ədəbiyyatında Qafqaz mövzusunun bədii təqdimatını araşdırmaq, Puşkin və Lermontovun yaradıcılıq üslublarını yaratmaq olub. Müzakirələr zamanı Qafqazın təsviri, milli təbiətin bədii əksi,-mədəni xüsusiyyətləri və insan obrazları təhlil edilib.

Ayşə Əfəndiyeva İstanbul konqresində uğurla çıxış edib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin II kurs tələbəsi Ayşə Əfəndiyeva müəllimi Vüsalə Kərimovanın rəhbərliyi ilə İstanbulda keçirilən IX Beynəlxalq Haliç Multidissiplinar Elmi Tədqiqat Konqresində uğurla çıxış edərək sertifikatla təltif olunub.
Zahid Xəlilin “Dəmir Yumruq” dastanı əsasında hazırladığı elmi tədqiqat işi konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Ayşə Əfəndiyevanı bu nailiyyəti münasibətilə təbrik edir, elmi fəaliyyətində davamlı uğurlar arzulayırıq.

“English Skills Development Club” çərçivəsində növbəti görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən "English Skills Development Club" çərçivəsində növbəti görüş keçirilib.
Bu dəfə müzakirə mövzusu “Books vs Movies (Speaking + Critical Thinking)" olub. Tələbələr kitab oxumağın və filmlərə baxmağın üstün cəhətləri barədə arqumentlər səsləndirib, debat formatında fikir mübadiləsi aparıblar. İnteraktiv və dinamik şəraitdə keçən görüş tələbələrin danışıq, arqumentasiya və tənqidi düşünmə bacarıqlarının inkişafına müəyyən töhfə verib.

“Təbiəti sevənlər” klubu “Yaşıl Yeni İl” layihəsini həyata keçirib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təbiət elmləri FBK müəlliminin təşkilatçılığı ilə “Təbiəti sevənlər” klubunun üzvləri “Yaşıl Yeni İl” layihəsini həyata keçiriblər.
Layihə çərçivəsində qrup otaqlarındakı dibçəklərdə küknar və şam fidanları, eləcə də otaq bitkiləri əkilib, təbii materiallardan yolka bəzəkləri və tullantısız dekor nümunələri hazırlanıb.

Məktəbəqədər təhsil ixtisasının tələbələri Mərkəzi Elmi Kitabxanada ekskursiyada olublar

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimləri və baş kitabxanaçı Şəhla Hüseynovanın təşkilatçılığı ilə kollecin Məktəbəqədər təhsil ixtisasının tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olublar.
Ekskursiya zamanı tələbələr kitabxananın fondları və elektron xidmətləri, həmçinin Bəxtiyar Vahabzadə və Üzeyir Hacıbəyova həsr olunmuş guşələrlə tanış olublar. Onlara Qarabağ müharibəsi qəhrəmanları fondu barədə də ətraflı məlumat verilib.