Pedaqoji Şuranın növbəti iclası keçirilib

22 dekabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollecin direktoru Amalya Sezgin Pedaqoji Şura üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Gündəliyin birinci məsələsi – “Payız imtahan sessiyasına hazırlıqla bağlı görülən işlər" haqqında Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova tərəfindən ətraflı məlumat təqdim edilib.
İkinci məsələ üzrə – “2025/2026-cı tədris ili üzrə dövlət proqramlarının yerinə yetirilməsi ilə bağlı hesabat" Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva tərəfindən təqdim olunub.
Daha sonra tərtib edilmiş dərs vəsaitləri, dərslik və proqramların müzakirəsi və təsdiqi ilə bağlı məsələlər Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova tərəfindən təqdim olunaraq müzakirəyə çıxarılıb.
İclasın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.

Ailə və ev təhsili şöbəsi tələbələri ilə imtahan qaydalarına dair görüş keçirilib

2025/2026-cı tədris ilinin qış sessiyasının yaxınlaşması ilə əlaqədar ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahanlara hazırlıq işləri aparılır.
Bu çərçivədə kollecin Ailə və ev təhsili şöbəsinin tələbələri ilə imtahan qaydalarına dair müzakirə keçirilmişdir. Görüşdə Ailə və ev təhsili şöbəsinin müdiri İ. Babayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri E. Budaqova çıxış edərək imtahanların keçirilmə qaydalarını tələbələrə ətraflı şəkildə izah etmiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Görüş tələbələrin imtahan prosesi ilə bağlı məlumatlandırılması və hazırlıq səviyyəsinin artırılması baxımından faydalı olmuşdur.

“Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-psixologiya FBK-nın fəaliyyət planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur.
Seminar FBK müəlliminin təşəbbüsü, İnklüziv təhsil ixtisası tələbələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə tələbələrə Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlar, vətəndaş vəzifələri, uşaqların hüquqları, inklüziv təhsilin mahiyyəti və inklüziv təhsil müəlliminin rolu barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, inklüziv təhsil bərabər imkanların yaradılmasına və hər bir uşağın fərdi xüsusiyyətlərinə hörmət prinsipinə əsaslanır.

“Təşkilati mədəniyyət və etika” mövzusunda növbəti təlim keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İnternational Coaching Education Academia-nın dəstəyi ilə inzibati və pedaqoji heyət üçün “Təşkilati mədəniyyət və etika” mövzusunda növbəti təlim keçirilib.

Şəhid Müşfiq Nəsirovun anım günü qeyd olunub

21 dekabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi, şəhid Müşfiq Nəsirovun həlak olmasının 4-cü ildönümü tamam olub.
İldönümü ilə əlaqədar ADPK-nın Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini və kollecin bir qrup əməkdaşı Quba rayonunda şəhidin ailəsini ziyarət edib.
Qeyd edək ki, Müşfiq Nəsirov Quba rayonunun Suxtakələ kənd orta məktəbini bitirdikdən sonra ADPK-nın Fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olunub. O, 2020-ci il oktyabrın 1-də hərbi xidmətə yollanaraq Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət edib. Müharibədən sonra da xidmətini davam etdirən Müşfiq Nəsirov 2021-ci il dekabrın 21-də Qubadlı rayonu ərazisində xidməti tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!