HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Uşaq ailədə həm fiziki, həmdə sosial tərəfdən inkişaf edir.
Ailə, uşağın təliminə, inkişafına cəlb olunan ilk müdafiə mühitdir. Ailə üzvləri xüsusi qayğıya ehtiyac olan uşağın həyatında əvəz olunmaz simalardır. Uşaqların həyatında əsas rol oynayan valideynlərin öz övladlarını hər kəsdən daha yaxşı tanıması şübhə doğurmur.
Müəllim və valideynlərin birgə əməkdaşlıq fəaliyyəti zamanı onların bilik və ehtiyyatları birləşərək, uşaqlara müsbət və əhəmiyyətli dərəcədə xidmət göstərir. Valideynlər daha çox etibar etdikləri müəllimlərin təcrübələrindən yararlanmaq üçün onlara meyl edirlər.Müəllimlər də zamanla qazandıqları təcrübələri valideyinlərlə bölüşməkdən böyük məmnuniyyət duyurlar. Müəllim qarşısında duran vəzifə valideynlərin öz qüvvə və imkanlarına, inamlarına yardım etməkdən ibarətdir.
Ailələrin bir-birindən fərqləndiklərinə baxmayaraq, onların hamısı xüsusi qayğıya ehtiyacı olan, uşaqların xoşbəxt gələcəklərini arzulayan valideyinlərdir. Onlar istəyirlər ki, övladları özlərini:
Valideynlərə münasibətləri möhkəmləndirmək və səmərəli əməkdaşlıq yaratmaq üçün müəllimlər və onların köməkçiləri, ailələrlə işləmə vərdişlərinə malik olmalı və onlarla mütəmadi səmərəli iş aparmalıdırlar. Bu münasibətlərin formalaşmasında valideynlərə aşağdaki yardımlar göstərilir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı və təlim prosesində, ailələrlə səmərəli əməkdaşlığın qurulması üçün müəllimlər aşağıdaki xüsusi strategiyaları nəzərə almalıdırlar.
Uşaq və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırlıması çərçivəsində aşağıdaki prioritet istiqamətlərə xüsusi fikir verilməlidir:
Ailələri dəstəkləmək məqsədi ilə uşağa qayğı qöstərmə proqramları yaradılarkən müxtəlif səbəblər üzündən erkən müdaxilə proqramlarına başlanılıb. Ailəyə dəstək məsələsi həmişə müdafiə edilib, lakin erkən müdaxilə problemi, qüsurlu və yaxud əlilliyə məruz qala biləcək uşaqlara yardım göstərmək kimi fundamental funksiya ilə əlaqədərdir. Ailəyə göstərilən xidmətlərin əksəriyyəti iki əsas koteqoriyaya bölünür: güclü təhsil və ailənin dəstəklənməsi.
Təhsilin gücləndirilməsinə yönəlmiş fəaliyyət evdə uşağın dərketmə, dil, sosial hərəkət və şəraitə, uyğunlaşma xüsusiyyətlərinin formalaşdırılması haqqında fikrə əsaslanır. İş prosesində bu mühitə valideyn – uşaq, ailənin digər üzvləri, eləcə də yaşlılar arasındakı qarşılıqlı münasibətlər tədqiqat və stimullaşdırma üçün imkanlar, qonşular tərəfindən göstərilən təsir daxildir. Burada proqramlar uşaqlarla ailədaxili münasibətlərin keyfiyyətcə yüksəldilməsinə yönəldilmişdir. Bu proqramların məqsədi valideynləri övladları ilə qarşılıqlı münasibətlərin keyfiyyəti, tipi və məzmunu ilə bağlı bir sıra vərdişlərə təmin etməkdir ki,bunlar ümumi inkişafın sürətlənməsinə yardım etsin.
Ailənin dəstəklənməsinə yönəlmiş fəaliyyət, ailəyə qüsurlu uşağı böyütməkdə verilən dəstəkdən ibarətdir. Ailənin dəstəklənməsi üçün hazırlanmış xidmətlərin ilkin məqsədi, uşağın inkişafı ilə bağlı müəyyən vərdişlərin öyrədilməsi deyil, ailəyə qüsurlu uşaqla bağlı qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməkdə və onlara uyğunlaşmaqda kömək etməkdir.
Erkən müdaxilə təhsilin gücləndirilməsi və ailənin dəstəklənməsi proqramları çox vaxt qarşılıqlı sürətdə bir – birini tamamlamır. Davranış problemləri ilə bağlı müəyyən vərdişlərin və təcrübələrin aşılanması təhsildə oluğu kimi, ailənin dəstəklənmə ehtiyacını da ödəyir.
Ümumiyyətlə, erkən yaş dövrü üçün nəzərdə tutulmuş qayğı və təhsil ilə məşğul olan mütəxəssislər, anadan olandan 8 yaşınadək uşaqlara xidmət göstərirlər. Körpə uşaqlara (yaşı 36 aydan az olan) göstərilən xidmətlərə məktəbəqədər uşaqlara (36 aydan yuxarı) göstərilən xidmətlər arasında fərq qoyulmalıdır. Fərdilədiləşdirilmiş ailə xidmət planına əsasən aşağdakılar göstərilməlidir.
Bu vacib şəraitlər,ailəyə yönəlmiş erkən müdaxilə xidmətlərinə öhdəliyi əks etdirir.
Uşağın tam vəziyyətinin qiymətləndirilməsi əhatəli və hərtərəfli olmalıdır. Peşəkarların qiymətvermə prosesi valideynlərin bu prosesdən tələb etdiklərinə cavab verməlidir.
Xüsusi ehtiyaclı uşaqların inklüziv təhsil sisteminə cəlb olunmuş valdeynləri,müəyyən hüquqlara malikdirlər:
Valideyinlərin öz hüquq və vəzifələrini bilmələri,tədris müəssisəsi ilə əməkdaşlığın inkişafına kömək edir.Bu işi daha da asanlaşdırmaq üçün cəmiyyətin üzərinə düşən əsas vəzifələrdən biri,onlara bacardıqları köməkliyi etməli,onlara hər işdə dəstək olunmalıdır.Xüsusi qayğıya ehtiyacı olan insanlara motivasiya olmaq ən önəmli faktorlardan biridir.Əksi olduğu zaman,onların cəmiyyətə adaptasiyasi çətinləşər və ya ümumiyyətlə olmayıb özünəqapanma baş verə bilər.Özünəqapanmaların sonu isə çox zaman müxtəlif fobiyalara,hətta ölümə qədər aparıb çıxarda bilir.Bütün bunları nəzərə alıb ,xüsusi qayğıya ehtiyacı olanlara dəstək olub onlara sözün həqiqi mənasında qayğı göstərmək lazımdır.Məgər ,azdırmı xüsusi qayğılı uşaqlar sırasında olan xüsusi istedadlı uşaqlar?Bu istedadlarını üzə çıxarmaqda onlara mane olmağa,haqqımız varmı?Bəli,birinci elə məhz özümüzdən başlamalıyıq ki,bizdən sonrakı nəsillərə də örnək olaq.Və Məncə,birlik olub onlara həmişə kömək olmaq,dəstək olmaq borcumuzdur.Sağlam gələcək və sağlam cəmiyyət,gözəl Azərbaycan naminə biz birlikdə güclüyük!
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Ana dili və ədəbiyyat müəllimi Yaqut Şərifova
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: