HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Fənn birləşməsi komissiyasının sədri Qədirova Ülkər Məhəmməd qızı 22 sentyabr 1969-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1976-cı ildə Abşeron rayonu Xırdalan qəsəbə 2saylı orta məktəbin birinci sinfinə getmiş,1989-cu ildə ADPU-nun(həmin dövrdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti adlanırdı) Pedaqogika-Psixologiya fakültəsinə daxil olmuş, 1993-cü ildə həmin ali məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində TEC xətti ilə keçirilən psixologiya fənni üzrə konfransda iştirak etmiş, birinci yeri tutmuş, I dərəcəli diplomla təltif olunmuşdur. Təhsil aldığı illərdə əvvəlcə V.İ.Lenin adına təqaüdçü, sonra isə Respublika-Prezident təqaüdçüsü olmuşdur. 2007-ci ildən ADPK-da Pedaqogika-Psixologiya müəllimi kimi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilindən Pedaqogika-Psixologiya Fənn Birləşməsinin sədridir. |
Yarandığı vaxtdan bu günədək Respublikamızın ictimai və təhsil sahəsində böyük rol oynayan qocaman təhsil ocağı fəaliyyət göstərdiyi illər ərzində ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş on minlərlə müəllim yetişdirmişdir. Yarım əsrdən çoxdur ki, bu təhsil ocağında Pedaqogika-Psixologiya fənləri tədris olunur. Fənn Birləşmələri 1960-cı illərdən təşkil olunmuşdur. Əvvəlcə Pedaqogika fənni ayrı, Psixologiya fənni ayrı fəaliyyət göstərmiş, 1990–ci illərdən hər iki fənn birləşərək Pedaqogika-Psixologiya Fənn Birləşməsi adlandırılmışdır. Birləşəndən sonra FBK-ya pedaqoji elmlər namizədi Natella Azizovna, daha sonralar Fənn birləşməsinə Valentina Nuh qızı Cəlilova, pedaqogika üzrə fəlsəfə doktoru Qaratel Qarakişi qızı Səfərəliyeva rəhbəlik etmişdir. 2014-cü ildən Pedaqogika-Psixologiya FB komissiyasına kollecin pedaqogika-psixologiya müəllimi Ülkər Məhəmməd qızı Qədirova rəhbərlik edir.
Bu gün Fənn Birləşmə Komissiyasında 33 müəllim fəaliyyət göstərir. Bunlardan 28 müəllim tam ştat (2 müəllim analıq məzuniyyətindədir) 4 müəllim yarımştat, 1 əvəzçi müəllimdir. Eyni zamanda, 6 saathesabı müəllim də FBK–da pedaqoji fəaliyyətdədir.
Fənn Birləşmə Komissiyasında 4 müəllim Pedaqogika-Psixologiya fənləri üzrə fəlsəfə elmləri doktorudur- Bayramova Sara, Xankişiyeva Şükufə, Əliyev Rəsul, Dadaşov Canəmir; 3 müəllimimiz isə Muradova Günel Çingizxan qızı ,Nəsibova Şəfa Şamil qızı və Eylazova Sevinc Cəfər qızı doktoranturada təhsilini davam etdirir, elmi yaradıcılıqla məşğuldurlar. Müəllimlərimizin bir qisminin təhsil sahəsində, tələbələrlə aparılan tərbiyəvi işlər sahəsində göstərdikləri fəaliyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Psixologiya müəllimi Xankişiyeva Şükufə İnşallah qızı “Əməkdar müəllim”fəxri adına layiq görülmüş, Rüstəmova Xanımqız, Rəhimova Məlahət, Mahmudova Hicran, Bayramova Sara, Əliyev Rəsul müxtəlif illərdə fəxri fərmanlarla təltif olunmuşlar.
Fərəhləndirici haldır ki, müəllimlərimiz respublika səviyyəli tədbirlərdə də fəal iştirak edirlər. Beləki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan müəllimi ” qəzetinin birgə təşkil etdiyi , ”müəllim.edu.az” saytında Respublika səviyyəli “ II yazı ” müsabiqəsinə metodik işlər təqdim etmiş və uğur qazanmışlar. FBK sədri Qədirova Ülkər və Pedaqogika üzrə fəlsəfə doktoru Bayramova Sara mükafata layiq görülmüşlər. Gənc müəllim (Pedaqogika-Psixologiya) Eylazova Sevinc 15 mart 2019 Azərbaycan Universiteti – Gənc tədqiqatçıların 2-ci respublika elmi konfransda iştirak etmiş, “Dövrün tələbi İKT və innovativ müəllim”mövzusunda məruzə ilə çıxış etmişdir. Loqopediya müəllimlərimiz dövlət səviyyəli sosial layihələrdə iştirak edirlər.
Pedaqogika-Psixologiya Fənn birləşmə komissiyasında tədris olunan fənlər blokuna Pedaqogika, Məktəbəqədər pedaqogika, Sosial pedaqogika, Psixologiya, Uşaq psixologiyası, Xüsusi psixologiya, Pedaqoji ustalığın əsasları, Müasir təlimin texnologiy aları, Loqopediya, Defektologiyanın əsasları, Milli əxlaq, Korreksiyaedici pedaqogika, Eşitmə və nitq aparatı orqanlarının anatomiya və fiziologiyası, İnklüziv təhsil daxildir.
Bunlardan Pedaqogika,Məktəbəqədər pedaqogika, Psixologiya, Loqopediya, Defektologiyanın əsasları -İxtisas Peşə Humanitar Fənlər blokuna daxildir. Uşaq psixologiyası, Xüsusi psixologiya, Pedaqoji ustalığın əsasları, Müasir təlimin texnologiyaları, Sosial pedaqogika, Korreksiyaedici pedaqogika fənləri Seçmə Fənlər Blokuna daxildir. Bu fənlər II kurslardan etibarən tədris olunur. Bütün ixtisaslarda Pedaqogika və Psixologiya fənləri tədris edilir. Pedaqogika və Psixologiya fənləri Dövlət Attestasiya İmtahanı fənləridir.
2019-2020-ci tədris ilindən etibarən birinci kurslarda ilk dəfə Davranış psixologiyası fənni tədris olunacaqdır.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllimlərimiz daim öz üzərində işləyir,müxtrəlif kurslar,təlimlər, forumlarda mütəmadi iştirak edirlər. Müəllimlərin pedaqoji – psixoloji və peşə kompetensiyalarının, pedaqoi prosesin keyfiyyətinin, öz peşəkərlıq səviyyələrinin yüksəldilməsi məqsədilə fənn birləşmə müəllimlərimiz Kollecdə və Kollecin rəhbərliyi tərəfindən təşkil edilmiş digər kurs və təlimlərə cəlb edilmişlər. Kollec rəhbərliyi tərəfindən təşkil edilən tələbələrin bilik və bacarığının düzgün qiymətləndirilməsi metodikasının təhlili üzrə mütəxəssis pedaqoqlarla görüş və təlim (“Konstruktivizm nəzəriyyəsi; XXI əsrin müəllimi necə olmalıdır” mövzusunda Ə, Abbasova ( Az, Ti – nin dr müavini psixologiya elmləri namizədi Elxan Bəylərov(8.12.16) v21 – 25 Dekabr tarixlərində Kollec rəhbərliyi tərəfindən möhtəşəm tədbir, hümanist Pedaqogikanın banisi Ş.A Amonasvili və bir qrup müəllimlər beynəlxalq konfrans – seminara ( 21 – 22 Dekabr tarixində oxu mühazirə; 23 – 25 Dekabr tarixlərində seminar) fənn birləşmə müəllimləri böyük həvəslə qatılmış,fəal iştirak etmişlər. Bu tədbir müəllimlərimizdə dərin təəssürat və iz buraxmışdır. Tailand Respublikasının təlim texnologiyasını öyrənmə məqsədilə ADPU və ADPK birgə təşkil etdiyi - “Milli və mənəvi dəyərlərin təhsilə tətbiqi” mövzusunda böyük mütəfəkkir Art Onq Cumsanin təqimatında konfrans təşkil edilmiş, (17və 18 Aprel) bir qrup müəllimimiz bu konfransda böyük həvəslə iştirak etmişlər.
Müəllimlərin pedaqoji bacarıqlarını artırmaq və innovasiyalarla tanış etmək məqsədilə müxtəlif aylarda (aprel,iyun,sentyabr)Təhsil İşçilərinin Peşəkar İnkişafı mərkəzinin təşkil etdiyi bir həftəlik təlim kursunda bir qrup Pedaqogika müəllimiiştirak etmişlər.Bir qrup Psixologiya müəllimi 28 Oktyabr 2018-ci ildə Pespublika üzrə Psixoloqların II Milli Forumunda iştirak edərək sertifikatlar almışlar.Mart və Aprel aylarında Avropa İttifaqııının Maliyyə dəstəyi ilə UNİCEF VƏ “Regional İnkişaf”İctimai birliyi tərəfindən həyata keçirilən Ləyihələr çərçivəsində İnklüziv Təhsil üzrə təlimdə fəal iştirak edərək müvafiq sertifikatlar almışlar.17-26 Aprel tarixlərində Kollecimizin rəhbərliyi və “Siyasi psixologiya mərkəzi”nin “Effektiv kommunikasiya”,”Tələbə nailiyyətinin Qiymətləndirilməsi və Qiymətləndirmə Texnologiyaları”,”Müəllim -Tələbə münasibətlərinin inkişafı”,”Təqdimat bacarıq-ları”mövzularında təşkil etdiyi kursda dinləyici kimi iştirak etmişlər.
Mütəmadi olaraq hər ayda bir dəfə fənn birləşmə iclasları keçirilir,mühüm qərarlar qəbul edilir.Bu iclaslarda: müəllimlərin tədris sənədləri, Kurs işlərininin mövzuları,jurnalların yazılışı, metodiki işlərin müzakirəsi,fənn aylığında keçiriləcək tədbirlər və açıq dərslərin qrafiki, payız və yaz imtahan sessiyasına hazırlıqla əlaqədar işçi qrupunun tərkibi,hazırlanan suallar,dövri olaraq fənlər üzrə yenilənən proqramlar müzakirə olunur. Eyni zamanda, gənc müəllimlər tədris etdikləri fənlərə uyğun olaraq müəyyən mövzularda metodik vəsait hazırlayaraq müəllimlərin müzakirəsinə təqdim edirlər.Beləki, Gənc müəllimlərdən Pedaqogika müəllimi Mənsimova Kifayət (tədris-metodika kabinetinin müdiri p.ü.f.d. Əliyeva Fərqanə ilə birlikdə) tərəfindən Pedaqogika fənni üzrə elektron resurs-müəllimlər üçün metodik vəsait aprel ayında nəfis formada çap olunaraq istifadəyə verilmişdir.
Fənn birləşməsi müəllimləri kollec səviyyəsində müxtəlif tədbirlər : 05.10 2018-ci il tarixində “Müəllim ömrü bər şama bənzər “5 Oktyabr Beynəlxalq Müəllimlər gününə ,14 Noyabr Dünya Loqopedlər Gününə həsr olunmuş “Qüsursuz nitq”devizi altında ADPU-nun kiçik elmi zalında müxtəlif ixtisaslı qonaqların-ginekoloq,diş həkimi,psixoloq,plastik cərrah iştirakı ilə konfrans keçirilmişdir.Layihənin məqsədi nitq qüsurlarının fəsadları və onların korreksiyası haqqında ətraflı məlumatların verilməsi və maarifləndirmə idi. Hər il Aprel ayının 2 də kollecimizdəDünya Autizm gününə həsr olunmuş tədbir keçirilir. 19.11.2018-ci il tarixində təlimçi: Orxan Şahbazi ilə Sabunçu korpusu üzrə tələbələrin “Beyin idarəsi və insan davranışı” mövzusunda interaktiv seminarı keçirilmişdir.Seminardatələbələrimiz aktiv iştirak etmiş, təlimçi bu haqda öz internet səhifəsində böyük məmnunluqla təəssüratını paylaşmışdır. Seminarda təlimçi tələbələri maraqlandıran sualları cavablandırmış,tədbir iştirakçılarla dialoq şəklində davam etmişdir.Bu cür tədbirlər gənclərimiz üçün çox faydalıdır.
Pedaqogika-Psixologiya fənn birləşməsi müəllimləri mədəniyyət, yaradıcılıq ,humanizm və yüksək mənəviyyatdan bəhrələnək gənclərin təhsili və tərbiyəsi işində pedaqoji və psixoloji istiqamətdə fəaliyyət göstərir, kollecimizin adını və şərəfini ucaltmaq amalı uğrunda var qüvvələrini əsirgəmirlər.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: