Faiq Balayar oğlu Məmmədov 06 mart 1978-cı ildə Lerik rayonunda anadan olmuşdur. 1995-ci ildə ADPU-nun "Mühəndis pedaqoji və bədii qrafika” fakültəsinə daxil olmuş, 1999-cu ildə universiteti bitirmişdir. 2013-cü ildə Bakı Sənaye-Pedaqoji Kollecində “Texnologiya” fənn birləşmə kommissiyasının müəllimi kimi fəaliyyətə başlamışdır.

2003-2004-cü tədris ilində şöbə “Fiziki tərbiyə və Gənclərin Çağrışaqədərki hazırlığı” adı ilə fəaliyyətə başlamışdır. 2009-2010-cu tədris ilində şöbənin adı dəyişdirilmiş və şöbəyə “İlkin hərbi və fiziki hazırlıq” adı verilmişdir. 2010-2011-ci tədris ilindən isə şöbə “Fiziki tərbiyə müəllimliyi” adı ilə hal-hazırki dövrə qədər fəaliyyət göstərir. Şöbədə müxtəlif tədris illərində “Peşə təlimi”, “Texnologiya müəllimliyi”, “Nəqliyyatda daşımaların təşkili” və “Yol hərəkətinin təşkili” ixtisasları üzrə çoxlu sayda tələbələr təhsil almışlar. Hal-hazırda şöbədə “Fiziki tərbiyə müəllimliyi” və “Peşə təlimi” ixtisasları üzrə 418 tələbə təhsil alır. Şöbədə təhsil alan tələbələrlə tərbiyə işinin təşkili, dövlətimizin xarici və daxili siyasət məsələləri,gənclərin tərbiyəsi ilə bağlı problemlər və bu problemlərin həllinin yolları gündəlik müzakirə mövzusudur. Tədrisin kredit qaydalarına uyğun təşkili ilə əlaqədar bütün məsələlər tələbələrin nəzərinə çatdırılır. Valideyinlərlə görüşlər keçirilir. Tədris proqramının tələblərinə uyğun olaraq keçiriləcək semestr imtahanlarına hazırlığın təşkili əsas prioritet məsələlərdən biridir.