Məktəbəqədər təhsil ixtisası

İsmayılovava Mətanət Əli qızı Bakı Dövlət Universitetinin məzunu. 1993- cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində əmək fəaliyyətinə başlamışdır. 1994-cü ildən Biologiya kimya fənn  birləşməsində müəllim təyin olunmuşdur. Biologiya, Uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenası, Həyat bigisi və onun tədrisi metodikası, Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası fənlərini tədris etmişdir. Təhsil sahəsində aparılan yeniliklərin kollecdə həyata keçirilməsində səylə çalışmış, və Beynəlxalq layihələrin iştirakçısı olmuşdur. Kollecin ictimai həyatında fəal iştirak etmiş, silsilə tədbirlərin təşkilatçısı olmuşdur. 2004-cü ildən Təbiət elmləri fənn birləşməsinin sədri təyin olunmuşdur. 

 Azərbaycan Dövlət Pedaqoji Kollecində Məktəbəqədər təhsil şöbəsi 2014-2015-ci tədris ilindən fəaliyyətə başlamışdır. Şöbə "040104 — Məktəbəqədər tahsil” ixtisası üzrə subbakalavr hazırlığını hayata keçirir. Tələbə sayına görə kollecin ən böyük şöbələrdən biridir. Məktəbəqədər təhsil şöbəsində tədris azərbaycan və rus dillərində aparılır. Hazırda Məktəbəqədər təhsil ixtisasında orta təhsilin subbakalavr səviyyəsində 815 tələbə təhsil alır. Məktəbəqədər təhsil şöbəsinin ilk şöbə müdiri Təhminə Əsgərova olmuşdur.

Respublikamızda aparılan təhsil islahatlarında kollecimiz bütün zamanlarda bu prosesi dəstəkləyən ilk təhsil müəssisələrindən biri olmuşdur. Tədris plan-proqramları yenilənmiş, yeni dərsliklərdən istifadə olunmağa başlanmışdır. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə yeni sistemlər haqqında maarifləndirmə işləri aparılmış, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirilmiş, yeni-yeni fənn proqramları hazırlanmışdır. Məktəbəqədər təhsil şöbəsi də yarandığı gündən bütün yenilikləri dəstəkləyən və bu prosesin önündə gedən şöbə olmuşdur. Elə buna görə də Məktəbəqədər təhsil şöbəsi “İnnovativ şöbə” adına layiq görülüb.

Şöbəsində tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.

ŞÖBƏNİN STRUKTURU

 

Tyutorlar

 Tyutorlar tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur, ,tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir, tələbələrin fərdi planlarının tərtibi üçün onlara məsləhətlər verir, ixtisas üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər.

 

Laborant

  • Şöbənin kargüzarlıq işlərini aparır;
  • Təqdimatların və tapşırıqlarının, normativ hüquqi aktları müvafiq qaydada tərtib edir;
  • Statistik və digər informasiyanın müəyyən olunmuş qaydada tərtib edir və s.
  • Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin
  • Tələbələrlə sorğuların keçirir
  • Elektron qiymət palazlarını hazırlayır
  • Sənədlərin yığılması
  • Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək.

 

Şöbə ilə əlaqə

  • İsmayılova Mətanət Əli

    Vəzifə:Şöbə müdiri

    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Mob: (+994)50 644 85 00