HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Fənn birləşməsi komissiyasının sədri
Faiq Balayar oğlu Məmmədov 06 mart 1978-cı ildə Lerik rayonun Lərmərud kəndində anadan olmuşdur.
1995-ci ildə E Qurbanov adına Lərmərud kənd orta məktəbini bitirmiş, 1995-ci ildə ADPU “Mühəndis pedaqoji və bədii qrafika” fakültəsinə daxil olmuş, 1999-cu ildə universiteti bitirmişdir.1999-2000-ci illərdə hərbi xidmətdə olub. 2013-cü ildə Bakı Sənaye-Pedaqoji Kollecində “Texnologiya” fənn birləşmə kommissiyasının müəllimi kimi fəaliyyətə başlamışdır. Kollecdə “Kənd təsərrüfatı işlərinin texnologiyası”, “Ağac və metal emalı texnologiyası”, “İstehsalat təlimin təşkili və metodikası” fənlərini tədris etmiş. Müəllim kimi fəaliyyəti dövründə kollecin ictimai işlərində, tədbirlərində fəal iştirak edib, nümunəvi,vicdanlı, əməksevər müəllim kimi özünü göstərib.
ADPU-Humanist Pedaqogika üzrə pedaqoji oxuda iştiraka görə (21-22 dekabr 2016), ADPU-Ş.A.Amonaşvilinin “Humanist pedaqogika dərslərində” mövzusunda seminarda iştiraka görə (22-25 dekabr 2016 ), ADPK-nın “Fəal təlim metodları” mövzusunda təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə (06-10 fevral 2017) sertifikatlarla təltif olunmuşdur.
2016-cı ildən ”Texnologiya və təsviri incəsənət” fənn birləşmə komissiyasının sədri seçilmişdir. 2019-cu ilin sentiyabr ayından “Texnologiya müəllimliyi” şöbəsinin müdiri təyin olunub. Ailəlidir, 2 övladı var.
"Texnologiya” fənn birləşməsində 20 müəllim və 1 elmi işçi çalışır. Fənn birləşməsi öz işini kollecin tədris işləri üzrə direktor müavini tərəfindən təsdiq edilmiş “İş plan”nına əsasən yerinə yetirir.
“Texnologiya” fənn birləşməsinin qarşısında duran əsas məqsədlərdən biri yeni təlim texnologiyalarına uyğun bilik-bacarıq və vərdişlərə yiyələnən gənclər yetişdirməkdir. “Texnologiya” fənn birləşməsinin müəllimləri təhsildə keyfiyyətin təmin olunmasına, peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, təhsil sisteminin müasirləşdirilməsi şəraitində informasiya texnologiyalarından istifadənin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. “Texnologiya” fənn birləşmə komissiyasında aşağdakı fənnlər tədris olunur:
Məktəbəqədər təlim və tərbiyə, Ailə və ev təhsili, İbtidai sinif müəllimliyi və Məktəb qədər təhsildə korreksiyaedici təlim ixtisaslarında: “Texnologiya və onun tədrisi metodikası”, Texnologiya müəllimliyi ixtisasında: Ərzaq məhsullarının emalı texnologiyası, Ağac və metallarin emalı texnologiyası, Kənd təsərrüfatı işlərinin texnologiyası, Maşınşünaslıq, Tikiş materialşünaslığı, Əməyinin mühafizəsi və təhlükəsizliyi, Konustruksiya modelləşdirmə, Tikiş maşın və avadanlıqları, Konustruksiya materiallar texnologiyası, Parça ilə işlərin texnologiyası, Texnologiya fənninin tədrisi metodikası, Rəsmxət, Qrafiki təsviretmənin əsasları. Peşə təlimi ixtisasında: İstehsalat təliminin təşkili və metodikası, Geyimlərin konustruksiyası və modelləşdirilməsı, Texniki bədii konustruksiya etmə, Tikiş məmulatlarının texnologiyası, Mühəndis qrafikası, Metrologiya standartlaşdırma, Materialşünaslıq.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: