HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Fənn birləşməsi komissiyasının sədri
Həmzəbəyova Təranə AğaRza qızı 1963 –cü ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hələ tələbə olarkən Həmzəbəyova Təranə AzTV-nin “Günün xəbərləri” proqramında idman şərhçisi işləmiş, “Azərbaycanın ilk qadın idmançıları” adlı verilişin müəllifi və aparıcısı olmuşdur. 1982-1984-cü illərdə Tələbə Elmi Cəmiyyətinin xətti ilə Krasnodar və Kaunas şəhərlərində tələbə elmi işi ilə bağlı məruzələr etmiş və 1985-ci ildə Təhsil Nazirliyinin “Ən yaxşı tələbə elmi işinə görə” medalı ilə təltif olunmuşdur. 1985-1989-cu illərdə təyinatla Bakıxanov qəsəbəsindəki “Şahin” idman klubunda təlimatçı – müəllim, 1989-1990-cı illərdə Xətai rayonu 63 saylı məktəbdə bədən tərbiyəsi müəllimi, 1991-2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecində, 2016-cı ildən isə Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim işləyir. 2013 və 2015-ci illərdə Bakı Sənaye-Pedaqoji kollecinin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə kurslarda olmuş və sertifikatlarla təmin edilmişdir: 2013 və 2015-ci illərdə Bakı Sənaye-Pedaqoji kollecinin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə kurslarda olmuş və sertifikatlarla təmin edilmişdir: Azərbaycan Respublikası TN və “Mədəd” humanitar təşkilatın “ İKT-nin təhsilə tətbiqi üzrə İNTEL-gələcək üçün təhsil” təlim kursunda iştiraka görə-2011, ADPU- Ş.A.Amonaşvilinin “Humanist pedaqogika dərslərində” mövzusunda seminarda iştiraka görə (22-25 dekabr 2016 ), ADPK-nın “Fəal təlim metodları” mövzusunda təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə (06-10 fevral 2017). 20-dən çox fənn proqramı, bir dərs vəsaiti (“Vətənin müdafiəsinə hazıram” R.Quliyev, T.Həmzəbəyova – 2016), bir dərslik (“Vətənin müdafiəsinə hazıram” R.Quliyev, T.Həmzəbəyova , S.Hacıyeva, N.Çobanova– 2018) müəllifidir. Hal-hazırda “Mülki müdafiə” dərsliyi (R.Quliyev, C.Dadaşov, T.Həmzəbəyova, O.Salayev) və “İdman turizmi” (R.Quliyev, T.Həmzəbəyova, N.Çobanova) dərs vəsaitini çapa hazırlayır, “İdman qurğuları” (E.Abbaslı, R.Quliyev, T.Həmzəbəyova) dərsliyi üzərində işləyir. 2000- ci ildən fənn birləşmə komissiyasının sədridir.
1998-ci ildə pedaqoji şuranın qərarı ilə «Bədən tərbiyəsi və hərbi hazırlıq » fənn birləşməsi yaradılmışdır. 1999-2001-ci illərdə «Dil və ədəbiyyat, bədən tərbiyəsi və hərbi hazırlıq», 2001-2009-cu illərdə «Xüsusi hazırlıq», 2009-2011-ci illərdə «Bədən tərbiyə və idman» fənn komissiyası, 2011-2012-ci illərdə «Fiziki tərbiyə və gənclərin çağırışaqədərkihazırlığı», 2012-2015-ci illərdə «İlkin hərbi və fiziki hazırlıq» fənn birləşməsi adı ilə çalışıb. Hal hazırda “Fiziki tərbiyə və təsviri incəsənət” fənn birləşməsi adı altında fəaliyyət göstərir. 2000/2001-ci tədris ilindən etibarən bu fənn birləşməsinə Həmzəbəyova Təranə AğaRza qızı rəhbərlik edir.
2003-cü ildən etibarən kollecdə “Fiziki tərbiyə müəllimliyi” ixtisası fəaliyyət göstərir. Burada subbakalavriat pilləsində “Fiziki tərbiyə müəllimliyi” istiqaməti üzrə ixtisasçılar hazırlanır. Fənn birləşmə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 23-dən çox müxtəlif fənnin tədrisini həyata keçirir.
Fənn birləşmənin tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək, tələbələrin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərini də artırmaq məqsədi ilə təhsil müəssisələrində, texniki peşə məktəblərində təcrübə keçirilərək, onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikasında nəzəriyyə iləpraktika arasında qurulması vacib sayılan körpü və tarazlıq fənn birləşməsinin əsas prioritetidir.
“Fiziki tərbiyə və təsviri incəsənət” fənn birləşmə komissiyasının tərkibi 26 müəllimdən ibarətdir.Bunlardan 1 müəllim şöbə müdiri vəzifəsində çalışan pedaqogika üzrə fəlsəfə doktoru(Dadaşov Canəmir ), 1 müəllim hərbi rəhbər, ehtiyatda olan kapitan (Quliyev Rövşən), 1 nəfər bədən tərbiyə rəhbərivəzifəsində çalışan Bədən tərbiyəsi və idman xadimi(Əliyev Vidadi), 1nəfər Azərbaycan Rəssamlar İttifaqının üzvü(Mahmudova Rəsmiyyə), digərləri isə tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir.
“Fiziki tərbiyə və təsviri incəsənət” fənn birləşmə komissiyasında çalışan müəllimlər tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir. Fənn birləşmə komissiyasına daxil olan müəllimlərin əksəriyyəti müxtəlif kurslarda olmuş və sertifikatlar almış vədərslərinmaraqlı keçməsinə, tələbələrdə fənnə maraq oyatmağa və fənni sevdirməyə çalışırlar.
Fənn birləşməsinin müəllimləri həm fənn blokunda ümumtəhsil bazasından 1-ci kurslarda tədris olunan “Fiziki tərbiyə” və “GÇQH” fənlərini, həm də orta təhsil bazasından ixtisas blokuna daxil olan “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası”, “Fiziki tərbiyə tarixi”, “Atletika və TM”, “Gimnastika və TM”, “Ağır atletika”, “Üzgüçülük və TM”, “İdman təbabəti və gigiyenası”, “UBFTTM”, “İdman oyunlarının TM”, “İdman turizmi”, “VMH”, “Güləş və TM”, “İdman ustalığının artırılması”, “Mütəhərrik oyunlar”, “Rəsm”, “Təsviri sənət və tədrisi metodikası”, “Boyakarlıq”, “Dekorativ tətbiqi sənət”, “Plastik anatomiya”, “Musiqi və tədrisi metodikası” və s. fənləri tədris edirlər.
İxtisas fənləri blokunda müvafiq ixtisaslar üzrə aşağıdakı fənlər tədris olunur:
Son bir neçə ildə fənn birləşməsindəmüxtəlif fənn proqramları, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.
Hər il fənn birləşməsi müxtəlif idman tədbirlərində iştirak edir. OİTM arasında keçirilən Spartakiada və Respublika birinciliklərində kollecin tələbələri idmanın şahmat, dama, stolüstü tennis, voleybol, basketbol növlərində iştirak edirlər. Sevindirici haldır ki, tələbələrimiz bu yarışlarda qazandıqları birinciliyibir neçə ildir ki, qoruyub saxlayırlar. Tələbə rəssamlarımız da böyük uğurlar qazanıblar. Mütəmadi olaraq onların əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə fənn birləşməsində əlamətdar günlərə həsr olunmuş idman tədbirləri, rəsm sərgiləri də keçirilir.
Sevindirici haldır ki, fənn birləşməsinə daxil olan ixtisas qruplarında təhsil alan tələbə - məzunlarımız arasında Ali məktəblərdə təhsilini davam etdirən və orta məktəblərdə müəllim işləyənlərdə az deyil.
Fənn birləşməsi növbəti tədris illərində də əldə etdikləri nailiyyətləri qoruyaraq müasir tələblərə cavab verən yeniliklərə imza atmağa çalışır.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: