Azərbaycan Həmkarlar İttifaqı müxtəlif dövrlərdə fəaliyyət göstərsə də hər bir dövrdə insanların inam və güvənc yeri olub. Həmkarlar İttifaqı dedikdə insanların peşə fəaliyyətləri ilə bağlı ümumi maraqlarını təmsil edən, onların əmək və mənafelərinin müdafiəsi üçün yaranan ictimai təşkilt başa düşülür. 

Kollecdə fəaliyyət göstərən Həmkarlar İtiffaqı Komistəsi də müəllimlərin məişət və sosial problemləri ilə məşğul olan nüfuzlu struktura çevrilib.

Hazırda Svetlana Əhmədovanın sədrlik etdiyi Həmkarlar İttifaqı Komitəsi kollecin müəllimlərinin və digər işçilərin asudə vaxtlarının səmərəli keçirilməsində, sosial məsələlərin həllində xüsusi fəallıq göstərir, insanların bir təşkilat ətrafında daha sıx birləşmələri üçün yorulmadan çalışır. Kollecdə keçirilən bütün mədəni-kütləvi tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi yaxından iştirak edir. Kollecin Həmkarlar İttifaqı , sözün əsl mənasında, əməkdaşların əməyinin sosial-iqtisadi müdafiəsi, onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə könüllülük əsasında yaradılıb və maraqlarını təmsil edən bir təşkilatdır.