HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Hacıyeva Sevinc Qonaqbəy qızı, 1965-ci ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat fakultəsinə daxil olub və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra təyinat üzrə “Kosmik Tədqiqatların” Elm və İstehsalat Birliyində mütəxəssis olaraq iş fəaliyyətinə başlayıb. 1990-1996-cı illərdə 249 saylı orta məktəbdə Riyaziyyat müəllimi olaraq çalışıb. 1996-cı ildən bu günə qədər ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat–informatika fənn birləşməsində Riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
Müəllimlik fəaliyyəti dövründə bir sıra seminar - treninqlərdə iştirak etmişdir:
Kollecdəki fəaliyyəti dövründə bir çox fənn proqramlarının, metodiki işlərin müəllifidir. Pedaqoji fəaliyyəti dövründə bir çox fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdir:
Fəliyyəti çərçivəsində bir neçə fəxri fərmanlarla və təşəkkürnamə ilə təltif edilir.
Davamlı təhsil sisteminin inkişafı təhsil fəaliyyətinin ən vacib istiqamətlərindən biri olub, məktəbəqədər, ümumi orta, ibtidai, orta və ali təhsil, ali təhsildən sonrakı ixtisasartırma və əlavə ixtisas təhsili sistemlərində kəsilməzliyi nəzərdə tutur.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Davamlı təhsil və təlim” şöbəsi 2017/2018-ci tədris ilindən fəaliyyətə başlayıb.
Şöbədə təhsil və təlim müasir dövrün bütün tələblərinə cavab verərək, hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşünə malik, yeni ixtisasın bütün incəliklərini əldə etmək iqtidarında olan insanların təlabat və maraqlarının ödənilməsinə istiqamətlənir. Tələbələrin tədris prosesi müasir təlim texnologiyalarına, fəal təlimə, zəngin tədris vəsaitlərinə, didaktik materiallara əsaslanaraq təşkil edilir. Təlim prosesi milli-mənəvi dəyərlərin inkişafı, ixtisas üzrə bütün biliklərin mükəmməl əldə edilməsi, bacarıqların təkmilləşdirilməsi, gələcək fəaliyyətində bu bilik və bacarıqlardan məharətlə istifadə edərək dövlətimizə və xalqımıza layiqli mütəxəssis kimi xidmət göstərəcək kadrların yetişdirilməsi məqsədi daşıyır.
İkinci ixtisas təhsili tələbələrə öz təlimlərini fərdi tədris proqramlarının tərtib edilməsi ilə keçmək şəraiti yaradır. Bu halda bütün səyləri hal-hazırki və gələcək fəaliyyətdə insanlara lazım olan fənlərin öyrənilməsinə yönəltmək imkanı yaranır. Tələbələrin birinci ixtisasda əldə etdikləri kreditlər saxlanılmaqla, yeni kreditlər qazanmaq üçün şərait yaranır. Tədris müddəti onların arzusu və təşəbbüsü ilə, mümkün olarsa, qısaldıla bilər. Tədris hal-hazırda əyani formada həyata keçirilir.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: