HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal olunmuş ərazilərin azad olunması başa çatan Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqı öz lideri, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz gücünü, əzmini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Bütün müharibələrdə əsas söz xalq və onun ordusudur və uğurlu qələbələrdə komandir çox mühüm rol oynayır. Bu gün Azərbaycan xalqı aydın şəkildə müşahidə etdi ki, hansı səviyyədə uğurlu baş komandan var. Prezident İlham Əliyev hərbi sahədə qələbə çalan sərkərdə olmaqla yanaşı, diplomatik cəbhədə də böyük strateq nümunəsi göstərmiş, Azərbaycanın informasiya müharibəsində həqiqətin səsinə çevrilmiş, bütün təzyiqlərə mərdliklə sinə gərmiş, dövlətin müstəqilliyinin rəmzinə çevrilmişdir. Prezident İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişənin qalibi etdi. Ərazi bütövlüyümüz birmənalı şəkildə təsdiqləndi.
Ötən iki il çərçivəsində 44 günlük zəfərimizin “şah damarları” şəhidlərimizin və onların qanları bahasına qazandıqları zəfərə həsr olunmuş mərasimlər keçirilmişdir. Tədbirlər həm dövlət, həm də özəl müəssisələrdə təşkil edilmişdir. ADPK-də şəhidlərimizin həyatına və onların qazandıqları qələbəyə müxtəlif fənn birləşmələri və tədbirlər çərçivəsi daxilində toxunmuşdur. 8 yanvar 2021-də “Qəhrəmanlıq zirvəsi” otağının açılış olub. ADPK tələbəsi olmuş şəhid İlkin Ağaquliyev ailəsi də iştirak edib. İlkin atası Saməddin Ağaquliyev kompyuterini kollecə tələbələrin istifadə edilməsi üçün hədiyyə edib.
ADPK-nin pedaqoji heyət və tələbələrinin bu mövzuya həsr olunmuş məqalələri də çap edilmişdir.Məqalələr müxtəlif mətbu orqanlarında işıq üzü görmüşdür. "Yeni təfəkkür " qəzetində "Şuşa - solan arzularımızın nicat tapdığı son məkan", “Qarabağın tacı-Şuşa!”,“Zəfər tarixini yazan məmləkətim” adlı məqalələri çap olunmuşdur. "Şuşa - solan arzularımızın nicat tapdığı son məkan" məqaləsində qədim Qarabağ xanlığının mədəniyyət paytaxtı olan Şuşanın ölkə Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ili "Şuşa ili" elan etməsindən, Şuşada keçirilən Xarıbülbül festivalından, 22 aprel 2022 ci il tarixində Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsindən, Şuşanın əsarətdən qurtulmasından az sonra orda abadlıq, quruculuq işlərinə uğurla başlanmasından və s. danışılır. Daha sonra müəllif məqaləsində Şuşa azadlığının azərbaycanlılar üçün nə demək olduğu barədə fikirlərini, duyğularını, arzularını bölüşüb. Qarabağın ədəbiyyən Azərbaycan olması məqalədə xüsusi vurğulanır. “Zəfər tarixini yazan məmləkətim” Yeni təfəkkür qəzetində çap olunan məqalədə torpaqlarımızn düşmən tapdaqlarından alınmasında bütün zəfərlərin dəyərindən 30 il ərzində erməni faşistləri doğma məmləkətimizdə həyata keçirdikləri vəhşiliklərdən, 44 gündə bütövləşən,birləşən, yumruq kimi bir olan xalqımıza , dövlətimizə , əsgərlərimizə,qazilərimizə olan böyük ehtiramdan sevgidən danışılmışdır.
“44 gündə tarix yazıldı”, “Tarix Zəfər-qürur mənbəyimizdir!” məqalələri “Səs və Şərq” qəzetində işıq üzü görərək, 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycanın cəsur, mərd qəhrəman oğullarından biri Şəhid İlkin Ağayev haqqında da olan xüsusi məqamları özündə əks etdirir. Hər torpağı cənnət olan məmləkətimiz -Qarabağ mövzusunda yazılan məqalələrindən olan “Hər guşəsi cənnət-Qarabağım”.. ADPK-nin saytında yayımlanan məqalə Azərbaycanın tarixi-etnoqrafik vilayəti olan Qarabağın füsunkar gözəlliyi ilə yanaşı,qızğın gedən döyüşlərindən söhbət açılmışdır. Zəfər tarixinin ilk ildönümü ərəfəsində “Zəfər bizimdir Ulu Öndər”, “Zəfər tarixi” adlı məqalələri dərc olunmuşdur. Zəfəri bizə yaşadan Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və igidlərin mərd və cəsurluğu olmuşdur ki, Ali Baş Komandanın ata vəsiyyətini reallaşdırılması,işğal olunan torpaqların tarixi əhəmiyyəti kimi məqamlarına toxunulmuşdur. "44 günlük müharibə: 30 illik həsrətə son qoyan" adlı məqaləsi çap olunmuşdur. Məqalə müəllifi tarixən savaş görmüş Azərbaycan xalqının qələbəyə çatanadək keçdiyi yollardan, həm I həm də II Qarabağ müharibəsinin igidlərindən söhbət açır. "Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki müstəqil dövləti, müasir cəmiyyəti var. Əslində dövlətin uğurları bu konkret amildən asılı olur" yazır məqalə müəllifi. Məqalədə Vətən uğrunda şəhid olan oğullarımızın qəhrəmanlıqlarından, şücaətindən vətən yurd sevgisindən və s. söhbət açılır.
Mərdlik,cəsarət,qəhrəmanlıq xüsusiyyətlərinin birləşdiyi şəhidlərimizin xatirəsinə yazılmış məqalələrdən biri “Azərbaycan Dövlət Pedaqoji Kollecin şəhid məzunları”dır ki, məqalədə Pedaqoji kollecdə tələbə adını qazanan və məzun olan şəhid,qazilərimiz haqqında geniş şəkildə danışaraq onların göstərdiyi mərdlik təcəssümü, torpaqlarımız uğrundundakı fədakarlıqları haqqında danışılmışdır.
44 günlük Vətən müharibəsində baş verənlərdən ibarət tələbələrin hazırladığı videoçarxlar çox təsiredici xüsusiyyətə malikdir. “Torpaq uğrunda ölən varsa Vətəndir!”,“Qəhrəmanlar unudulmur”,“Qarabağ Azərbaycandır!”,“Vətənin keşiyində”, “Torpaq bölünməz,igid əyilməz!”,“Qoy haqq səsimi bütün dünya eşitsin”,“44 anım günü” 44 gün ərzində alınan rayon və şəhərləri haqqında məlumatlar öz əksini tapmışdır. 2021-ci ildə Sentyabrın 27-dən noyabrın 8-nə kimi hər rayonun alındığı gündə “44 anım günü” videorolik kollecdə səsləndirilmişdir.
19 aprel 2022-ci ildə pedaqogika və psixologiya müəllimələrinin təşkilatçılığı ilə “Hardan başlayır Vətən!”adlı maarifləndirici seminar təşkil etmiş və professor Museyib İlyasov başda olmaqla, müəllim heyəti də dəvət olunmuşdur. Bu seminarın əsas məqsədi tələbələrə qələbə əzmi və vətənpərvərlik hissinin aşılanması və mövzu ilə bağlı fikirlərini,özünüifadə bacarığını inkişaf etdirmək idi. Sosial şəbəkə vasitəsilə görülən maarifləndirici tədbirlər dəstəkləyici xarakter daşıyırdı. Instagram hesabında kollecin psixoloqu və Tarix müəllimi əməkdaşlığı ilə "Əzəli torpaqlara dönüş, tarixi və psixoloji yanaşma" mövzusunda canlı yayımda çıxış edərək tələbələrlə müzakirə və fikir mübadiləsi aparmışlar. Sonra Zəfər bayramına həsr olunmuş “Çərki fələk” intellektual yarışması da keçirilmişdir.
ADPK Zəfərlə bağlı bir sıra tədbirlər də keçirilmişdir. 7 May 2021-ci ildə keçirilən “Qarabağ harayı” adlı tədbirdə qonaq qismində qazi II Qarabağ müharibəsinin iştirakçısı Dadaşbala Aydəmirov çıxış edərək müharibənin başlanması, 30 illik həsrətin sonu, ədalətə söykənən və haqq mübarizəsinə əsaslanan “Şanlı Qələbəmiz” haqqında fikirlərini bölüşmüşdür. “Əziz Şuşa, sən azadsan!” adlı tədbirdə kollecin şəhid tələbəsi yaxınları vəVətən müharibəsi qaziləri də iştirak etmişdilər. 44 günlük vətən müharibəsinin birinci ili münasibəti ilə keçirilən “Zəfərin mübarək Azərbaycan” adlı tədbirə kollecin idarə və müəllim heyəti ilə yanaşı, xanəndələr,tələbələr şərəf qonağı qismində qazilər də iştirak edib.
Müəllim Hümeyrə Nadirli tərəfindən II Qarabağ müharibəsinə həsr edilmiş “Qayıdan torpaqlar.... Qayıtmayan igidlər” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə “Şuşa bəyannaməsi, onun tarixi əhəmiyyəti və hərbi müddəaları” mövzusunda təşkil edilən dəyirmi masada “Haradan başlayır Vətən?”, “Şuşa bəyannaməsi, onun tarixi əhəmiyyəti və hərbi müddəaları”, “Zəngəzur dəhlizinin regiondakı əhəmiyyəti və Şuşa bəyannaməsinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında rolu” başlığında məruzələrlə çıxış edib, geniş şəkildə məlumat vermişlər.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Humanitar" FBK-nın müəllimələrinin təşkilatçılığı ilə Sabunçu korpusunun akt zalında Vətən müharibəsi şəhidlərinin anım günü keçirilmişdir.Hər bir şəhidin xatirəsi kollecimizin kədəri və fəxridir. Bu səbəbdən kollecdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun rəhbərliyi ilə anım günü ,həmçinin mütəmadi şəkildə kollecin qaziləri ilə görüşlər keçirilir. Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos.İsrayıl İsgəndərov Vətən müharibəsində iştirak etmiş tələbə Faiq Bəhruz oğlu Hüseynəliyev ilə görüşmüşdür.II Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olan Fiziki tərbiyə müəllimliyi ixtisasının tələbəsi Ağaquliyev İlkinin şəhadətinin il dönümünə həsr olunmuş anım günü qeyd edilmişdir. Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət müəllimi, rəssam R.Mahmudova və Rəssamlar İttifaqının katibi, təskilatçı E.İsgəndərova tələbələrlə hərbi əməliyyatlar zamanı şəhid olan, Azərbaycan Ordusunun generalı Polad Həşimovun ailəsini ziyarət ediblər. ADPK-nın Təsviri incəsənət ixtisasının tələbəsi S.Məmmədova ilə müəllimin bərabər çəkdikləri portreti generalın anasına təqdim ediblər. kollecin psixoloqu Şəfa Nəsibovanın təşkilatçılığı ilə “Qəhrəmanlıq zirvəsi” auditoriyasında "Şəhidlərimizin əmanətləri"adlı tədbir keçirilmişdi. Tədbirdə kollecin kollektivi, şəhid Əlizamin İsgəndərovun ailəsi iştirak edirdi. Görüş zamanı şəhidlərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, şəhid çavuş Əlizamin İsgəndərovun keçdiyi döyüş yolundan, şücaətindən bəhs olundu.
Hərbi Qənimətlər Parkı İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır.Kollecin hər bir fənn birləşmə kotiməsi müəllimləri təşkilatçılığı ilə tələbərlə birlikdə ziyarətlər təşkil edilir.Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu mənada, Parkın ərazisindəki qarşı tərəfin özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi xüsusilə vacibdir.
Dövlət Pedaqoji Kollecində müvafiq tarixlərdə Mina təhlükəsizliyi haqqında müvafiq məlumatlar verilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil müəssələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr" in təsdiq edilməsi barədə 20.08.2021-ci il tarixli F-416 nömrəli əmrinə əsasən kollecimizdə mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar (PHS) və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri aparılır. Tələbələrə təhlükəli ərazilər, mina təhlükəsi zamanı davranış qaydaları, minaların partlayış zamanı törətdiyi fəsadlar haqqında məlumatlar verilmişdir.
Kollecin müəlliminin təşkilatçılığı ilə tələbələrinin təqdimatında “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı”dır adlı lahiyə çərçivəsində “Şuşa Laləsi” adlı geyim modellərinin nümayişi keçirilib. Kollecdə yeni tədris ilinin başlanması münasibətilə müharibə iştirakçısı olan tələbələrimizlə görüşlər keçirilmiş, vətən müharibəsində iştirak edən hərbi qulluqçular üçün sosial-psixoloji reabilitasiya xidməti də təşkil edilmişdir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Humanitar" FBK-nın müəllimələrinin təşkilatçılığı ilə 27.09.2022-ci tarixində Sabunçu korpusunun akt zalında Vətən müharibəsi şəhidlərinin anım günü keçirilib.Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz yad edildi. Vətən müharibəsində iştirak etmiş kollecimizin şəhidləri və veteranları haqqında məlumat verilidi.Müzəffər ordumuzun qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad etməsi, dövlətimizin, xalqımızın və ordumuzun birlikdə yazdığı "44gün"dən bəhs edildi.
Bütün bu tədbirlər bütövlükdə ADPK-nin müəllim və tələbə heyətinin şəhidlərimizin əziz xatirəsinə, böyük zəfərimizin il dönümünə həsr edilmiş işlərin bir qismidir. Qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. Bu da şəhidlərimizin qanı bahasına başa gəldi. Şəhidləri anmaq və onların yaxınlarına baş çəkmək hər bir Azərbaycan vətəndaşının borcudur!
Aytən Mehdizadə,
ADPU-nun nəzdində ADPK-nın Humanitar FK-nın müəllimi
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: