HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Hər il təqvimin səhifələrində işğal günlərinin tarixini gördükcə göz-gözə gəlməmək üçün hər kəs içinə sığınardı, ağrısını-acısını yaşayardı.
Hər qaranlıq gecənin bir aydın sabahı olar, deyib böyüklərimiz. Çünki millətimin başı bütün dövrlərdə bəlalar çəkib, bu səbəbdəndir ki, deyimlərimiz hər zaman öz aktuallığını qoruyur. Bəli, bizim qaranlıq günlərimiz 30 ilə yaxın davam etdi, sonunda o aydın sabah oldu.
27 sentyabr 2020-ci il...
Bir tərəfdə bəşəriyyətin bəlası CovId-19, digər tərəfdə Azərbaycanın bəlası mənfur qonşu olan ermənilər...
Uşaqdan-böyüyə içimizdə çox böyük şücaət gördük! Birdən minə, mindən milyona yüksəldik. Ölkə daxilində, ölkə hüdudlarından kənarda yaşayan, damarında azərbaycanlı qanı axan, Azərbaycanı sevənlər, hər bir kəs birləşib "dəmir yumruğ"a döndü və düşmənin başına zərbə kimi dəydi.
Tam 44 gün xalq, millət olaraq bütün dünyaya azərbaycanlılıq məfkurəsinin nə olduğunu göstərdik. Tək cəbhədə düşmənlə vuruşmadıq, sanki bütün dünyaya meydan oxuduq.
Tarix bizə Vətənimizin igidlər oylağı olduğunu dəfələrlə sübut edib. Bu 44 gündə o igidlərin qəhrəmanlığını, cəsarətini görüb, o qüruru yaşadıq, özümüz də hiss etmədən tarixin şahidi olduq. Vətən, bayraq dedik, öldü var, döndü yoxdu dedik, daha nələr, nələr dedik... Amma bu sözləri əbəs yerə demədik. Səriştəli, uzaqgörən Ali Baş Komandanın rəhbərliyi altında bizə həsrət qaldığımız qürurumuzu yaşadan ordumuzun qüdrətini göstərdik düşmənə. Hər biri bir dastana çevrilən igidlərimizin qəhrəmanlığı ilə öyünüb fəxr etdik. Bu qeyrəti, bu şərəfi, bu dastanı gələcək nəsillərə miras buraxdıq.
Bu savaş haqq savaşı idi. Haqqımız olana sahib çıxmaq mücadiləsi idi. Haqq savaşımızda, haqq işimizdə çoxlarının bizə düşmən kəsildiyi dövrdə qardaş dövlətlərimiz bizi meydanda tək qoymadılar. Bizimlə bərabər bütün dünyaya sinələrini sipər edən qardaş Türkiyə və Pakistanın diqqəti, mənəvi dəstəyi bizə Zəfər yolunun cığırlarını açmağa yetdi.
Qarabağ öz əzəli və əbədi sahiblərinə, bizlərə, canları, qanları bahasına igid oğullarımız tərəfindən geri verildi. Qarabağla bərabər qürurumuz, sevincimiz, xoşbəxtliyimiz də geri qayıtdı.
Bu igidlərin hər biri bir ordu, bir dastandır. Bunlardan biri də nəsillərə örnək Vətən Müharibəsi Qəhrəmanı XTQ-nin baş giziri Yaşar Hüseynovdur.
Bir vaxtlar, günəşin al-əlvan şəfəqləri dünyanı işıqlandırdığı, xoşbəxt insanların yaşadığı dövrdə Tanrının cənnətdən bir ovuc torpaq götürüb Ağdam adlı yerə səpdiyi o dönəmdə, sonralar adı Abdal kəndi olan cənnətdən bir parça var idi.
Bu kəndin təmiz bulaq suyu, saf havası, uca dağları insanlarına da sirayət etmişdi. Belə saf ailələrdən biri də Əhəd kişi ilə Zərnigar xanımın ailəsi idi. Böyük ürəkli insanların bu böyük ailəsində on uşaq böyüyürdü. Qəhrəman ana qəhrəman da oğullar yetişdirər. Bunu Zərnigar ananın timsalında nümunə göstərsək, yetər məncə. Altı oğul, dörd qız böyüdən Zərnigar ana bir şəhid, iki veteran, bir qəhrəman anasıdır.
Torpaqlarımızın iddiasına qalxan erməni təcavüzkarlarına qarşı 1990-cı illərdən mübarizəyə başlanıldı. Hər qeyrətli oğul kimi Əhəd kişinin də 3 oğlu - Sadiq, Füzuli və Fərman cəbhəyə yollandılar.
Mühasirəyə də düşdülər, yaralandılar da, lakin geriyə bir addım belə atmadılar.
1994-cü il aprelin 16-sında Füzuli Ağdamın Yusifcanlı kəndində şəhid oldu. Bu cür ailədə böyüyən, evin ən kiçiyi olan Yaşar qardaşlarını örnək alaraq yetişdi.
Hələ uşaqlıqdan öz sakit təbiəti ilə yaşıdlarından da, ailənin digər üzvlərindən də çox fərqlənirdi Yaşar. 1 yaş fərqimiz olsa da, ona nədənsə, uşaq kimi baxırdım. Balacaboy, çox az-az danışan, az-az gülən bu qartal baxışlı oğlan yalnız həmyaşıdı sayılan qardaşı Nadirlə söhbət edərdi. Bir yerdə böyümüş sayılsaq da, Yaşargili masa ətrafında, qonaq yanında görmək olmazdı. Qonaqla görüşmək şərt idi. Ondan sonra qardaşları tapmaq müşkül bir məsələyə çevrilərdi.
Hələ Xocalı faciəsi baş verəndə Xocalı camaatının üz tutduğu istiqamət Abdal meşəsi oldu. 11 yaşı var idi bizim qəhrəman Yaşarın o zaman. Qucağında körpəsini boğaraq öldürən ananı, əli-ayağı don atmış qadınları - uşaqları görəndə 11 yaşındaydı Yaşar.
Bu yaşananlar uşaq təfəkküründən yan keçə bilmədi. Yaşar həyatını hərb sahəsinə həsr etdi. Biganə qala bilmədi gördüklərinə. Məqsədli şəkildə ölümə də, düşmənə də meydan oxudu. Yaralandı, yarası qaysaq bağlamamış təkrar döndü məqsədinin başına. Dəfələrlə döyüşlərdə şücaət göstərdi. Nəhayət, özünə verdiyi sözü tutdu. Xüsusi Təyinatlıların baş giziri Yaşar Əhəd oğlu Hüseynov Qarabağın göz bəbəyi Şuşada Azərbaycanın enməz bayrağını sancdı və azan oxudu. Məqsədinə çatdı. Bu qüruru bizə yaşadan hər bir vətən oğluna, Ali Baş Komandana, müzəffər ordumuza, şəhid və qazilərimizə sonsuz, minilliklərlə davam edəcək minnət və təşəkkür borcumuz var. Qürurumuzu geri qaytardığınız üçün çox sağ olun!
Ulu Öndərin hər dövr üçün səciyyəvi olan "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" cümləsi hər birimizin dilində əzbərdir və həqiqətən də bununla bir ömür fəxr etməliyik!
Günel HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin müəllimi
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: